Balın möcüzəvi faydası

Balın möcüzəvi faydası
Xalq təbabəti
10.09.2017 24
Uşaqlığımızdan bəri bal yeməyimiz üçün arxamızca qaçan analarımız nə qədər də haqlı imişlər... Balın sağlamlığımıza, dərimizə, saçlarımıza olan faydalarını saymaqla bitmir. Dərini nəmləndirir, sızanaqlarla mübarizə aparır, antioksidant xüsusiyyəti yüksək olduğundan bizə daha sağlam bir həyatı qızıl nimçədə təqdim edir.



Çox sözə ehtiyac yoxdur, balla gələn gözəllik möcüzələrini birlikdə oxuyaq!



Ballı nəmləndirici

Dərinizin quruyub, tökülməsindən şikayət edirsinizmi? Zeytun yağı və balı qarışdıraraq bir losyon hazırlayın. Quru dərinizə sürtün və təxminən 10-20 dəqiqə saxlayın. Sonra dərinizi ilıq suyla yaxşıca durulayın, dəyişikliyi həmin an hiss edəcəksiniz.



Ballı saç maskası

Solğn saçlarınızı sağlam hala gətirmək üçün yenə zeytun yağı və bal cütlüyündən faydalana bilərsiniz. Bir çay qaşığı zeytun yağı və bir çay qaşığı balı qarışdırın; saçınıza sürtün. Təxminən 15-20 dəqiqə saxlayın və durulayın. Bu əməliyyatı saçınızı şampunlamazdan əvvəl etməyi unutmayın.



Sızanaqlarla mübarizədə sizə köməkçiniz bal...

Kiçik bir miqdar balı qızartının olduğu bölgəyə sürtün, bağlayın və təxminən yarım saat gözləyin. Həmçinin, balın antiseptik xüsusiyyəti olduğundan yanıqlara və sıyrıqlara da yaxşı təsir edəcəkdir.



Çatlayan dodaqlarınızı hamar hala gətirəcək maska üçün 1 xörək qaşığı bal, 1 xörək qaşığı şəkər, yarım çay qaşığı zeytun yağı və yarım çay qaşığı vazeline ehtiyacımız var. Əvvəl balla şəkəri qarışdırın, sonra vazelin və zeytun yağını əlavə edib, təkrar qarışdırın. Maskamız hazırdır. Bu maskanı həftədə bir ya da iki dəfə tətbiq edə bilərsiniz. Maska dodaqlarınızı ölü dəridən təmizləyəcək və yumşaldacaq.



Yaxşıca əzilmiş bir neçə yer fındığını, bir xörək qaşığı bal və bir neçə damla limon suyu ilə qarışdırın, bədəninizə sürtün. Yer fındığı ölü dərilərdən xilas olmanıza kömək edəcək, limon suyu dərinizi təravətləndirəcək, bal da lazım olan nəmi dərinizə verərək yumşalmasını təmin edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!