Limonlu çuğundur suyunun faydaları

Limonlu çuğundur suyunun faydaları
Xalq təbabəti
10.09.2017 34
Çuğundur
çox qiymətli təsərrüfat bitkilərindən biridir. Onun köklərində bir sıra
faydalı maddələr var. Məsələn, ölkəmizdə becərilən çuğundurun
köklərində 13-22 % şəkər olur. Yarpaqlarındakı rəngləyici boyaq
maddəsindən şərab sənayesində istifadə edilir. Bundan başqa,
yarpaqlarında C, A, B1 vitaminləri, üzvi turşular və s. maddələr müəyyən
edilib. Çuğundurun kökləri isə C, B vitaminləri ilə, xüsusən
beta-karotinlə daha zəngindir. 



Son
vaxtlar elmi təbabətdə çuğundurun təzə yığılmış köklərindən press
altında sıxmaqla şirə alıb, xərçəng xəstəliyinin müalicəsində istifadə
edilir. 



Çuğundurun şirəsi xroniki mədə-bağırsaq xəstəliklərində də çox faydalıdır. 



Çuğundur
qan artıran bitkidir. Yarpağını və özünü bişmiş halda yemək dalaq,
böyrək və sidik kisəsi xəstəlikləri üçün münasibdir. Ona bir qədər də
xardal və sirkə əlavə etmək daha xeyirli olar. Çuğundurun yarpağının
suyu və özü bəlğəmin dərmanıdır. Yarpağını bişmiş halda dəri üzərinə
yaxmaq od yanığı, sızanaq və qızılyel üçün, xam yarpağının təpitmə
halında qoyulması oynaq ağrılarına qarşı faydalıdır. Badam yağı ilə
təpitməsi şişləri yumşaldır. 



Qaraciyəri təmizləyən çuğundur detoksu 



Çuğundur həm də qaraciyəri təmizləyən faydalı bitkidir. Çuğundur detoksu bədəni toksinlərdən təmizləyir. 



Çuğundur
ödün qatılığını azaldır və qaraciyərin daha yaxşı işləməsini təmin
edir. Nanə isə ödün on iki barmaq bağırsağa çatmasını sürətləndirir və
bunun sayəsində qaraciyəri canlandırır. 



Ərzaqlar: 



1 ədəd çuğundur 



1/4 stəkan təzə nanə yarpağı 



Yarım limonun suyu 



1-2 litr təzə içməli su 



Hazırlanması: 



Çuğunduru
yaxşıca yuyun və dilimləyin. Suyun içərisinə atın və suyunun çıxmasını
gözləyin. Daha sonra nanə yarpağı və limon suyunu çuğundurlu suya əlavə
edin. 



İçməzdən
əvvəl soyuducuda 12-24 saat saxlayın. Bu qarışıq 4 gün soyuducuda xarab
olmadan qala bilər. İçinə buz kubları ataraq da içə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!