Şəkəri aşağı salan, köpü götürən, xərçəngdən qoruyan göyərti

Şəkəri aşağı salan, köpü götürən, xərçəngdən qoruyan göyərti
Xalq təbabəti
10.09.2017 27
Gənclərin
bol yeməsi məsləhət görülən, 100 qramı 36 kalori olan cəfəri A, C, E və
K, B9 vitaminin, fol turşusunun qaynağıdır. Eyni zamanda kalsium,
potasium və dəmir mineralları ilə də zəngindir. 



İmmunitet sistemini gücləndirir

Tərkibindəki A, C, K vitaminləri ilə folat mineralı immunitet
sistemini gücləndirir. A vitamini eyni zamanda limfosit və ağ qan
hüceyrələri üzərində çox faydalıdır.



Köp problemi olanları rahatladır

Sağlam bir bədən orqanizmdəki suyu mühafizə edir. Ancaq köp kimi maye
yığılması zamanı bədən şişir. Köp probleminiz varsa, bir neçə çay
qaşığı cəfəri suyu içib rahatlaya bilərsiniz. 1 stəkan qaynar suya
cəfəri saplarını əlavə edin. Cəfəri suyu toksinlərin bədəndən atılmasına
kömək edir. 



Xərçəng və ürək xəstəliklərinə faydalıdır

A vitaminin öncül maddəsi beta-karoten və C vitamini tərkibindən
dolayı antioksidan özəlliyə sahibdir. Bu baxımdan sərbəst radikalların
yaranmasını əngəlləyir. Cəfəri eyni zamanda ürək xəstəliyi və xərçəngə
qarşı da qoruyur. Fol turşusu tərkibi ilə ürək dostu sayılır, çünki
infarkt riskini artıran homosistein miqdarının azalmasında yardımçı
olur. Təzyiqi aşağı salır. K vitamini və dəmir baxımından zəngin olan
cəfəri, bədəndən toksinlərin atılmasını təmin edir və qanı təmizləyir.
Qaraciyəri zəhərli maddələrdən təmizləmək üçün də faydalıdır.



Qan şəkərini aşağı salır

Araşdırmalara görə, cəfəri şəkəri olan xəstələrdə qan şəkəri səviyyəsini aşağı salmağa yardım edir.



Yaxşı sidikqovucudur

Cəfərinin sidikqovucu təsiri var. Bu xüsusiyyəti sayəsində cəfəri
böyrək daşı, öd kisəsi və infeksiyaların müalicəsində yardımçı olur.



Diş və diş ətini qoruyur

Diş və diş əti xəstəliklərinə qarşı qoruyucu funksiyası var. Ağız qoxusunun getməsində də təsirlidir.



Mədə bulantısını ortadan qaldırır

Cəfəri ciddi bir sağlıq səbəbi olmayan halda ürəkbulanmaya da yaxşı
təsir edir. Yarpaqları və sapı antiseptik olan cəfərinin qaz yoxedici
təsiri də var.



Artrit müayinəsində böyük rol oynayır

Cəfərinin beta karoten və vitamin tərkibi sayəsində antiiltihab özəlliyi var.



Göz sağlığı üçün faydalıdır

Cəfəri tərkibindəki beta-karoten sayəsində gözlərdə retina
sağlamlığını qoruyur. A vitamini ilə də zəngin olduğu üçün yaxşı faydası
bilinir.



Antibakterial özəlliyi də var

Xlorofil tərkibli lan cəfəri antibakterial özəlliyə sahib olur.
Bunun sayəsində ağız qoxusunun qarşısının alınmasında faydalıdır.



Hamiləlik zamanı çox yeməyin

10 sap cəfəri C vitaminin ehtiyacının yarısını qarşılayır. 60 millilitrdən çox cəfəri suyu içməməyə çalışın.



Hamiləlik və südvermə dövründə cəfərini çox yeməkdən qaçın. Dartılmaları artıracağı üçün riskli ola bilər.

Südvermə dövründə də südün azalmasına səbəb ola bilər.



Dəridə səpki və dərinin günəşə qarşı çox həssaslaşmasına gətirib çıxarır.



Qanduruldan dərman qəbul edirsinizsə, diqqətli olun. Çünki cəfərinin
tərkibindəki K vitamini ilə dərman qarşılaşır. Qanın laxtalanmasında rol
oynayan K vitamini bəzi dərmanların təsirini azaldır.



Qan təzyiqini yüksəltdiyi üçün yüksək təzyiqi olan xəstələr yeməməlidir.



Cəfəri pəhriz saxlayanlar tərəfindən içilsə də, diqqətli olun. Çünki
cəfərini çox içmək maye itkisinə səbəb ola bilər. Bəzi hallarda pəhriz
saxlayanların arıqlamasına yağ deyil, maye itkisi səbəb olur.



Hamiləlik ləkələri üçün cəfəri suyu maskasından da faydalana
bilərsiniz. Bunun üçün limon suyu və cəfəri suyunu eyni ölçüdə
qarışdırın, hamiləlik ləkəsi olan bölgəyə çəkin. Daha sonra 15 dəqiqə
gözləyib ilıq su ilə durulayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!