Qaralmış banan daha xeyirlidir?

Qaralmış banan daha xeyirlidir?
Xalq təbabəti
10.09.2017 22
Yeni aparılan araşdırmalar qaralmış bananın orqanizm üçün daha faydalı olduğunu ortaya çıxarıb.

Alimlər 1 ay müddətində gündə 2 ədəd dəymiş banan yeməyin orqanizmə aşağıdakı faydalarının olduğunu bildirir:

 

Əsəbləri sakitləşdirir

Tez-tez
özünüzdən çıxır və aqressivləşirsinizsə, banan yemək sizə yaxşı təsir
edəcək. Əsəbləriniz sakitləşəcək, özünüzü daha dinc hiss edəcəksiniz.

 

Bədənin temperaturunu tənzimləyir

Hava həddən artıq soyuq və ya isti olduqda banan yeməlisiniz. Beləcə, isti və soyuqdan əziyyət çəkməyəcəksiniz.

 

Qəbizliyin qarşısını alır

Bananın tərkibindəki maddələr bağırsaqların işini asanlaşdırır. Bu da qəbizliyin aradan qalxmasına səbəb olur.

 

Depressiyadan çıxarır

Bananın
tərkibindəki "triptofan” maddəsi orqanizmə daxil olduqdan sonra
serotonin hormonunun istehsalını artırır. Xoşbəxtlik hormonu
adlandırılan serotonin depressiyaya meyli azaldır. 

 

Mədə üçün faydalıdır

Banan
yumşaq olduğu üçün o, mədəsində yara olanların asanlıqla yeyə biləcəyi
qidalardandır. Banan həm də mədə divarlarını turşuların mənfi təsirindən
qoruyur.

 

Enerji verir

İdmandan öncə 1-2 ədəd banan yemək faydalı ola bilər. Bu, 1-2 saat ərzində daha enerjili olmağınıza kömək edəcək.

 

Dəmirlə zəngindir

Banan
qan azlığı və dəmir çatışmazlığına yaxşı təsir edir. Bananın
tərkibindəki maddələr qırmızı qan hüceyrələrini artırır, qan dövranını
sürətləndirir.

 

Təzyiqi aşağı salır

Banan təzyiqi aşağı salmaqla yanaşı, insult və infarkt riskini də azaldır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!