Çiyələyin bilinməyən faydaları

Çiyələyin bilinməyən faydaları
Xalq təbabəti
10.09.2017 47
Çiyələyin
qurudulmuş yarpaqlarını moruq meyvəsilə birlikdə çay kimi dəmləyib,
soyuqdəymədən baş verən xəstəliklərə qarşı tərlədici dərman kimi
işlədilir.

Elmi
təbabətdə çiyələyin meyvələrindən və yarpaqlarından istifadə olunur.
Meyvələrini tam yetişəndə quru havalı gündə toplayıb, həmin vaxta günün
qabağında və ya çadır altında, yaxud peç üzərində qurudurlar.
Yarpaqlarını bitki çiçəkləyən fazada toplayıb kölgəli yerdə və ya quru
havalı binalarda qurudurlar. Qurudulmuş meyvələrini və yarpaqlarını
havası daim dəyişilən, quru havalı binalarda saxlamaq lazımdır.

Çiyələyin təzə dərilmiş meyvələrindən və onlardan hazırlanan şərbətdən son dərəcə faydalı dietik vasitə kimi istifadə olunur.

Qurudulmuş
meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib, öd yolları
xəstəliklərində ödqovucu, böyrək xəstəliklərində və böyrəkdə daş əmələ
gəlmə zamanı daşı salmaq məqsədilə, eləcə də podaqrada və uşaqlıq
qanaxmalarında qankəsici və şəfaverici dərman kimi istifadə edilir.



Xalq təbabətində təzə toplanmış çiyələk meyvələrinin şirəsindən (1:10
nisbətdə, yəni 1 q şirəni 10 q suda həll etməklə) "çiyələk suyu"
hazırlayıb, körpə uşaqlarda baş verən sidik ifrazı çətinliyində
sidikqovucu kimi işlədilir.Xalq təbabətində qurudulmuş
yarpaqlarından və meyvələrindən çay dəmləyib, ödem xəstəliyinə qarşı
müalicə məqsədilə, eləcə də sidik yollarında daş yığılan zaman daşsalıcı
və iltihabı aradanqaldırıcı, həbelə sidikqovucu dərman kimi içirlər.

Çiyələyin
təzə meyvələrindən, eləcə də qurudulmuş kökümsovlarından sulu bişirmə
hazırlayıb ödqovucu dərman kimi qəbul edilir. Kökümsovlarını toplayıb
soyuq suda yuyub qurudandan sonra çay kimi dəmləyərək babasil
xəstəliyinə qarşı içirlər.

Qurudulmuş
meyvələrindən və yarpaqlarından çay hazırlayıb yel xəstəliyi və podaqra
xəstəliklərinə qarşı içirlər. Bu məqsədlə qurudulmuş meyvələri və
yarpaqları ayrı-ayrılıqda xırdalayıb qarışdırır, sonra ondan 2 xörək
qaşığı 1 stəkan qaynar suda çay kimi dəmləyib gündə 2 dəfə, hər dəfə də
yarım stəkan qəbul edirlər. Çiyələyin meyvələri qanazlığında və ümumi
zəiflikdə eləcə də ağciyər xəstəliklərində qüvvətverici kimi çox
faydalıdır.

Çiyələyin sağlamlıq üçün çox mühüm əhəmiyyəti vardır. Ondan daha geniş istifadə etmək zəruridir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!