Böyrəklərin qeydinə qalan qidaların siyahısı

Böyrəklərin qeydinə qalan qidaların siyahısı
Xalq təbabəti
10.09.2017 36
10 mart dünyada böyrək günü kimi qeyd olunur.

Türkiyə
mətbuatına istinadən diyetoloq Nilay Keçecinin sözügedən gün
münasibətilə hazırladığı böyrək sağlamlığına yaxşı təsir edən qidaların
siyahısını təqdim edir. Bu qidalardan istifadə böyrək xəstəliklərinin
qarşısını almaqla yanaşı, böyrəklərin daha yaxşı işləməsini təmin
edəcək.

 

1. Böyrəyin təbii dərmanı: qatıq

Tərkibi
kalsium və D vitamini ilə zəngin olan qatıq böyrək sağlamlığında önəmli
qidalardan biridir. Xüsusilə yemək vaxtı istehlak edilən qatıq böyrək
sistemini tənzimləyir və onun fəaliyyətinə müsbət təsir göstərir. Qatığı
təzə meyvə və tərəvəzlərlə qarışdırdıqda meyvələrin tərkibindəki C
vitamini və minerallar birləşir. Bu da böyrəyin funksiyasına müsbət
istiqamətdə təsir göstərir.

 

2. Balqabaq tumunun da təmizləyici təsiri var

Balqabaq
tumu sink, omeqa 3, dəmir və minerallarla zəngindir. Bütün bu faydalı
maddələr böyrək xəstəliklərində olduqca təsirlidir. Balqabaq tumu qanda
şəkərin  miqdarını normaya salır. Bununla yanaşı, immun sistemini
gücləndirib depressiya, xroniki halsızlıq kimi hallara müsbət təsir
edir. Balqabağın tərkibindəki kalsium böyrək daşı əmələ gəlməsini
qarşısını alır.

 

3. Alma 

Xüsusilə,
qırmızı alma böyrək xəstəliklərinin müalicəsində qoruyucu qalxan
vəzifəsini öz üzərinə götürüb. Alma böyrəyi təmizləyir, liflər isə süzmə
prosesini ən yaxşı şəkildə həyata keçirməsinə yardım edir. Gündə bir
alma yemək böyrək sağlamlığı üçün əhəmiyyətlidir.

 

4. Cəfəri

Cəfəri
tərkibindəki C vitamin və minerallarla böyrəkləri təmizləyib onun
fəaliyyətini yaxşılaşdırır. O, böyrəklərin işləməsini və toksinlərin
atılmasını sürətləndirir. Eyni zamanda, böyrək daşlarının yaranmasını və
böyrəklərdə şiş əmələ gəlməsinin qarşısını alır. Cəfəri bədənə enerji
verir. Onun mərkəzi sinir sistemi üzərində də müsbət təsirləri
mövcuddur.

 

5. Alça

Alça
A-B-C vitaminləri baxımından olduqca zəngindir. Başda böyrək olmaqla,
ürək və xolesterin xəstəliklərinin müalicəsində effektli təsir göstərir.
Yadda saxlayın ki, alça metabolizmi sürətləndirən ən  yaxşı
antioksidantdır.

 

6. Qızılbalıq

Omeqa
3-lə zəngin olan qızılbalıq da müalicəvi rola malikdir. Qızıl balığın
tərkibinə böyrəyin bütün funksiyalarını həyata keçirməsi üçün lazım olan
minerallar daxildir. Balıqda olan sink və dəmir böyrəyin fəaliyyətini
yaxşılaşırdıran faydalı maddələrdir.



7. Düyü

Düyü
və düyü püreləri böyrək xəstəliklərində itən kalorini yerinə qaytarır.
Bu qida xəstəliyin sağalmasını  sürətləndirmək baxımından da
əhəmiyyətlidir. Lakin şəkər xəstələri bir qədər ehtiyatlı davranmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!