Limonun bilmədiyiniz daha 4 faydası

Limonun bilmədiyiniz daha 4 faydası
Xalq təbabəti
10.09.2017 24
Yaz
gələnə yaxın xanımlar həmişə evlərində bahar təmizliyi edirlər. Bu
vərdiş, əsasən, Novruzun gəlişilə də əlaqədar olur. Elə vəziyyəti nəzərə
alıb təmizlikdə işinizi asanlaşdırmaq üçün sizə kiçik ipucu veririk. Bu
ipucu mətbəxinizdə olan limonun bilmədiyiniz 4 faydası ilə bağlıdır. 



Qoxusu ilə canlandırıcı və yeniləyici təsirə malik olan limonun bilmədiyiniz 4 istifadə qaydası:

1.
Mətbəx taxtanızı dezinfeksiya edərkən: Mətbəx taxtasını tez-tez
təmizləmək lazımdır. Buna görə də, sizə təbii çıxış yolu təqdim edirik.
Taxtanın üzərinə bir az limon tökün və iki yerə böldüyünüz limonla duzu
yayın. Yayma prosesində limonu sıxın ki, su taxtaya yaxşıca təmas etsin.
5 dəqiqə gözləyib taxtanı yaxalaya bilərsiniz.



2.
Təbii təmizlik losyonu hazırlaya bilərsiniz: Spreyli bir şüşə qaba 1
stəkan sirkə və 1 stəkan su əlavə edin. Qarışımın içinə limon dilimləri
də əlavə edin. Limonların suya və sirkəyə yaxşısa qarışması, losyonun
alınması üçün 1-2 həftə gözləyin. Daha sonra isə tozlanan şkaflarınızı
və şüşələrinizi çox pul xərcləmədən təbii yolla təmizləyə bilərsiniz.



3.
Mikrodalğalı sobanızı təmizləyin: Makaron və şorbabı isitdikən sonra
mikrodalğalı sobanın içinə sıçramış, yapışmış yemək dənələrini (yağı)
görə bilərsiniz. Bu dənələr və yağlar hər istifadədə sobanın divarlarına
daha çox yapışır. Bunları təmizləmək üçün limonu ortadan iki hissəyə
ayırın, su dolu bir kasanın içinə qoyun və qarışımın olduğu bu kasanı
mikrodalğaya yerləşdirin. Sobanı 1-2 dəqiqəlik işlədin. Limonlu suyun
buxarı sobanın divarlarına yapışıb qalmış yağ və yemək dənələrini
yumşaldacaq. Sizə isə sadəcə sobanın içinə bir bez çəkmək qalacaq.



4.
Mətbəxdə qab yuyulan çanağı dezinfeksiya edin: Çanağa bir az duz tökün.
Limonu ortadan iki hissəyə bölün və yarısı ilə duzlu yeri ovun. Limon
kirlə bərabər çanaqdakı su ləkələrini də təmizləyəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!