Qızılgül suyunun faydaları

Qızılgül suyunun faydaları
Xalq təbabəti
10.09.2017 28
Qızılgül
kosmetik, tibbi vasitə olmaqla yanaşı, mətbəxdə də istifadə olunur.
Gözəl qoxusu ilə bərabər bu güldən əldə edilən suyun bir çox faydası
var. Bu dəfə qızılgül suyunun əksəriyyətimizə məlum olmayan
faydalarından yazırıq. 



Qızılgül
və suyu sink, fruktoza və limon turşusunu özündə birləşdirir. Eyni
zamanda da bol miqdarda B3, A, C, E və D vitaminlərinin mənbəyidir. Buna
gördə də o saçlar üçün çox faydalıdır.

Tərkibindəki
faydalı birləşimlər sayəsində saçları kökdən uca qidalandırır
və gücləndirir. Tərkibində kimyəvi maddə olmayan bu təbii su çay
şəklində qəbul edilərsə içindəki vitaminlər sayəsində böyrəklərdəki
infeksiyaları və ürək xəstəliyi riskini azaldır, həzm sistemini
təmizləyir, paradontos xəstəliyinin səbəb olduğu diş ağrılarını və göz
zədələnməsinin aradan qalxmasına şərait yaradır. 

Təbii
gül suyu ilə hər gün üzünüzü təmizləsəniz dərinizdəki ləkələr
təmizlənəcək və yaşla əlaqəli yaranan qırışıqlıqlardan da dərinizi
qoruyacaq. Qızılgül suyunu tonik olaraq da istifadə etmək mümkündür.
Eyni zamanda gözlərinizin altında yaranan torbaları, yorğunluqla əlaqəli
olan qaraltıları da azaltmaqda gül suyu yaxşı vasitədir. 

Qızılgül
suyundan yaddaşınızın güclənməsi üçün də faydalana bilərsiniz. Bunun
üçün mütəxəssislər hər gün qızılgül suyunu iyləməyin kifayət olduğunu
bildirirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!