Bu meyvələrin qabıqları da özləri qədər faydalıdır

Bu meyvələrin qabıqları da özləri qədər faydalıdır
Xalq təbabəti
10.09.2017 40
Bəzi
meyvələrin qabıqları hətta özlərindən də faydalıdır. Onların
qabıqlarını soyanda yaxşı-yaxşı düşünün. Meyvə qabıqlarını saxlamadan
əvvəl onların yaxşı yuyulmasına, üzərindəki dərmanın, mikrobların
getdiyinə əmin olun. Bəs hansı meyvələrin qabıqları daha faydalıdır və
nə üçün istifadə edə bilərik? Bu haqda bildiklərimizi sizinlə
paylaşırıq.



Portağal qabığı

Portağalın
qabığı mütləq saxlanmalı meyvə qabıqlarındandır. Qabığn tərkibindəki
flavonoidlər dəriyə qulluq üçün təbii və çox təsirli vasitədir. Portağal
qabığını dərinizə çəkərək qara nöqtələrdən və yağlı dəridən canınızı
qurtara bilərsiniz. Həmçinin onu qabığını yemək də faydalıdır.
Tərkibindəki asidlərə görə mədə və qaraciyərdəki narahatlığa yaxşı təsir
edir. Portağalın qabığını quru və ya sulu şəkildə şirniyyatlara və
mürəbbələrə qatmaq olar. Bu narıncı möcüzənin qabığını qaynadaraq eviniz
üçün də təbii ətir hazırlaya bilərsiniz.



Banan qabığı

Mətbəxdə
müxtəlif cür istifadə etdiyimiz banan qabığı çox miqdarda antioksidan,
mineral və vitamin mənbəyidir. Onun qabığını sınaqların getməsi və
yaraların sağalması üçün üzə çəkmək olur. Banan qabığının ən vacib
xüsusiyyətlərindən biri təbii diş ağardıcı olmasıdır. Gündə iki dəfə
qabığın ağ tərəfini dişlərinizə sürtərək iki həftədə ağappaq dişlərə
sahib olacaqsınız. Eyni zamanda banan qabığı qaşıntılara da yaxşı təsir
edir.



Alma qabığı

Almanın
tərkibində olan lifin yarısı onun qabığındadır. Buna görə də almanın
qabığı çox dəyərlidirdir və A, C vitaminləri ilə kalsium tərkiblidir.
Almanın qabığını soyaraq yeyirsinizə bu zaman yeyəcəyiniz vitaminlərin
çoxuğunu zibil qutusuna atmış olacaqsınız. Amma onu qabıqlı yesəniz
sümüklərinizin də sağlam şəkildə inkişafına şərait yaratmış olacaqsınız.
Həmçinin o antioksidan tərkiblidir. Dərini cavanlaşdırır, tənəffüs
problemlərinin aradan qaldırlmasında köməkçi olur və yaddaşı
gücləndirir.



Kivi qabığı

Kivi
əsasən qabığı soyularaq yeyilın bir meyvədir. Amma onun tüklü qabığı
ətli hissəsindən daha faydalıdır. Bol miqdarda C vitamini ilə zəngindir.
Flavonoid baxımından da zəngin olan kivi antioksidan tərkibə də
malikdir. Əgər tüklü hissəsindən narahat olursunuzsa onun qabığını bir
az siyirib almaq kimi dişləyib yeyə bilərsiniz. Onu üzə çəksəniz dərinin
çalarını düzəldir, sızanaqları isə məhv edir. Kivinin qabıqlarından
dəri üçün maskalar və pilinqlər hazırlaya bilərsiniz. Həm də kivinin
qabıqlarını smuzilərin də içinə atıb içə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!