Sağlamlıq üçün zəncəfil kökünün 5 faydası

Sağlamlıq üçün zəncəfil kökünün 5 faydası
Xalq təbabəti
10.09.2017 79
Zəncəfilin
kökü antioksidan, amin turşusu, çoxlu vitamin və mikroelementlərlə
zəngindir. Eyni zamanda zəncəfilin kökü  A, C, E vitaminləri, B vitamin
qrupu, maqnezium, kalium, fosfor, silisium, dəmir, natrium, kalsium,
sink, beta-karoten, triptofan, metionin kimi faydalı elementlərin əsas
mənbəyidir. Bütün bunlara görə o sağlamlıq üçün faydalıdır. Bu yazıda
isə sizə zəncəfil kökünün 5 əsas faydası haqqında məlumat verməklə
yanaşı, eyni zamanda da belə soyuq havalarda köməyinizə çatacaq
zəncəfilli çay reseptini təqdim edirik.
Zəncəfil kökü mədə-bağırsaq sisteminin xəstəliklərinə kömək edir
Zəncəfilin
kökü mədə-bağırsaq problemlərinin aradan qaldırmaqda, eyni zamanda da
mədə-bağırsaq sisteminin fəaliyyətini də tənzimləməkdə sizə kömək
edəcək. O, ishal, bulantı, qusma, qastrit, qida zəhərlənməsi, mədə
pozğunluğu, yel, sacılara da kömək edir. Zəncəfilin kökü qidanın daha
yaxşı həzm olunmasına şərait yaradır. Beləliklə, siz mədə-bağırsaq
probleminizi aradan qaldırmaq üçün zəncəfili ədviyyat kimi
yeməklərinizdə istifadə edə və çay kimi dəmləyib içə bilərsiniz. Yaxşı
olar ki, çay kimi içəndə içinə 1 qaşıq bal əlavə edəsiniz. 

Zəncəfil kökü ağrıkəsici kimi
Zəncəfil
kökü miqren, əzələ, bel və oynaqların ağrısının aradan qaldırılmasında
çox faydalıdır. Əzələlərdəki ağrıları aradan götürmək üçün isti vannaya
bir neçə damcı zəncəfil yağı əlavə edirik. Qadınlarda menstural spazmı
yox etmək üçün isə zəncəfilin kökünü çay şəklində dəmləyib içmək
lazımdır.
Zəncəfil kökü xərçəngin qarşısını alır
Onun
tərkibində xərçəngin qarşısını alan güclü antioksidanlar var. O xərçəng
hüceyrələrinin inkişafını azaldır və nəticədə xəstəliyinin
irəliləməsinə mane olur. Zəncəfil döş, dəri, ağciyər, mədəaltıvəzi və
prostat kimi xərçəng növləri ilə mübarizə aparır. Hər gün səhər
zəncəfilli kokteyl və ya çay içə bilərsiniz.
İmmuniteti gücləndirir
Gündəlik
olaraq istifadə olunsa soyuqdəymənin qarşısını alır. Və əsasən, qrip,
bronxit, kəskin respirator virus infeksiyalarını, öskürəyi aradan
qaldırır. 

Arıqlamağa kömək edir
Zəncəfil
metabolizmanı sürətləndirir və nəticədə kalorini yandır. Bu zaman
zəncəfil kökünü 4 qramdan artıq qəbul etmək məsləhət deyil. Eyni zamanda
mədə xorası, ürək xəstəliyi və şəkərli diabet olanların zəncəfil qəbul
etməkləri məsləhətli deyil. 

Zəncəfilli çay reseptləri
Klassik zəncəfil çayı
Klassik
zəncəfil çayı resepti üçün sizə 4-5 qram zəncəfil kökü və 200 ml qaynar
su lazımdır. Zəncəfilin kökünü yaxşıca yuyub, qabığını soyuruq. Sonra
onu ya bıçaqla xırda doğrayırıq ya da ki, sürtgəcdən keçirdirik. Sonra
onu qaynar su ilə dolu stəkana əlavə edirik. Qoyuruq kənarda 5-7 dəqiqə
dəm alır. Klassik zəncəfil çayınız hazırdır. Onu danlandırmaq üçün bir
dilim limon, laym əlavə edə bilərsiniz.

Zəncəfillə sevgi çayı
Bu
çay üçün isə sizə 1 litr qaynadılmış su və zəncəfil kökü lazımdır.
Zəncəfilin kökünü yaxşı yuyub qabığını soyub sürtgəcdən keçirdin. Sonra
onu suya əlavə edib 15 dəqiqə dəmlənməyə qoyun. Daha sonra isə ona laym
dilimi və bal əlavə edin. Və 10 dəqiqə keçdikdən sonra çayı süfrəyə
təqdim edə bilərsiniz.
Zəncəfil çayının faydaları
Yaxşı tonus vericidir
Beyni aktivləşdirir, dəqiq olmağınıza şərait yaradır
Beyində qan dövranını yaxşılaşdırır. Dərinin rəngini yaxşılaşdırır, gözləri aydınladır, yaddaşı yaxşılaşdırır
İştahanı artırır və həzmi yaxşılaşdırır
Qanı dururldur
Soyuqdəymə ilə mübarizə aparırскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!