Gül kələmin faydaları

Gül kələmin faydaları
Xalq təbabəti
10.09.2017 22
Kələm
ailəsi - insan sağlamlığı üçün çox faydalı tərəvəzlərdəndir. Bu
bitkilər tərkibində olan zəngin vitaminlər və minerallar sayəsində insan
bədənini toksinlərdən təmizləyər, xərçəng riskini azaldar və bədənə
çoxlu minerallar və liflər daxil edər.

Kələm
ailəsindən olan gül kələm - çox faydalı və salatlarda, yeməklərdə
istifadə olunan tərəvəz növündəndir. Adətən bu bitkinin ağ hissəsindən
istifadə edirlər. Ancaq tədqiqatlar göstərir ki, gül kələmin yaşıl
yarpaqları da sağlamlıq üçün çox xeyirlidir. Belə ki, mütəxəssislərin
nəzərinə görə, bu yarpaqlar kalsium deposudur və 100qr. kələm yarpağında
600milliqr kalsium mövcuddur.

Gül
kələmin 50qr. yarpağında 20milliqr dəmir vardır ki, insanın gündəlik
ehtiyaclarından çoxunu belə təmin edə bilər. Çünki insanın dəmirə olan
gündəlik ehtiyacı 15milliqr-dır.

Gül kələmin yarpaqlarında protein və amin turşuları mövcuddur. Hər 100qr. yarpaqda 20milliqr protein vardır.

Yarım
stəkan gül kələmi yarpağında C vitamininə olan gündəlik ehtiyacın
yarısını təmin etmək olar. Ona görə də gül kələmin özündən istifadə
etdiyiniz kimi, yarpaqlarından da faydalanın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!