Turşәngin faydalı vә ziyanlı xüsusiyyәtlәri

Turşәngin faydalı vә ziyanlı xüsusiyyәtlәri
Xalq təbabəti
10.09.2017 22
Turşәng çox faydalı göyәrtidir. Türşәng müxtәlif vitamin vә minerallarla zәngindir.
 Bu göyәrtinin tәrkibindә C, K, E, B qrupu vitaminlәri, biotin, beta­karotin, efir yağları, orqanik
turşular, maqnezium, kalsium, fosfor, dәmir kimi minerallar var.



C vitamini ilә zәngin olan turşәng immun sisteminә çox müsbәt tәsir edir. Bu isә yazda
 C vitamini ilә zәngin olan turşәng immun sisteminә çox müsbәt tәsir edir. Bu isә yazda
xüsusilә vacibdir.

 

Hәmçinin C vitamini orqanizmdә dәmirin mәnimsәnilmәsinә kömәk edir. Bu sәbәbdәn turşәngi
әtlә birlikdә qәbul edin. Bu әtdә olan dәmirin daha yaxşı sorulmasına kömәk edәcәk.

Turşәngi vә digәr tәzә göyәrtilәri tez­tez qәbul edәn insan özünün yaz avitaminozlarından qoruya
bilәr.

 

Qәdim zamanlardan turşәng qadınlarda klimaks zamanı müalicәvi vasitә kimi istifadә
olunurdu. Turşәngin müntәzәm qәbulu (tәbii ki, az miqdarlarda) klimaksın xoşagәlmәz
simptomlarını azaldır.

 

Turşәng hәzm proseslәrinә çox müsbәt tәsir edir, qidanın hәzmini yaxşılaşdırır, qәbizliklә
mübarizә edir. Lakin mәdә şirәsinin turşuluğunun artması ilә müşayiәt olunan qastritlәr zamanı bu
göyәrtini yemәk tövsiyә edilmir.

Qidalı liflәrlә zәngin olan turşәng bağırsaqları orada ylığılan şlaklar vә toksinlәrdәn yaxşı
tәmizlәyir.

Turşәng iltihabәleyhinә, antitoksik tәsirә malikdir.

 

Turşәngin tәrkibindә olan turşәng turşusu qan damarlarını xolesterindәn tәmizlәyir,
onların elastikliyini artırır.

 

B qrupu ilә zәngin olan turşәng sinir sistemi üçün faydalıdır, orqanizmdә hüceyrәlәrin
yenilәnmәsini sürәtlәndirir.

Bütün bu faydalı xüsusiyyәtlәrә baxmayaraq bәzi xәstәliklәr zamanı turşәngin qәbulu insana
ziyan vura bilәr. Belә ki, turşәngin çoxlu miqdarda qәbulu böyrәklәrdә daşların әmәlә gәlmәsinә
sәbәb ola bilәr. Hәmçinin turşәngin hәddindәn artıq çoxlumiqdarda qәbulu orqanizm tәrәfindәn
kalsiumun sorulmasını lәngidir

 

Böyrәk xәstәliklәri, mәdә şirәsinin turşuluğunun artması ilә müşayiәt olunan qastrit, xora
xәstәliyi, bәzi bağırsaq xәstәliklәri vә iltihabları, orqanizmdә su­duz balansının pozulması,
podaqra xәstәliyi zamanı turşәngi qәbul etmәk olmazскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!