Nənələrimizin təbabət boxçasından reseptlər

Nənələrimizin təbabət boxçasından reseptlər
Xalq təbabəti
10.09.2017 21
Keçmişdә ev xanımlarının bir boxçası olardı, orda müxtәlif meyvә, yarpaq, kök qurularından
ibarәt bir ev apteki olardı, indi belә apteklәr rayonlarımızda, kәndlәrimizdә hәlә dә var.



Belә müalicәnin heç bir ziyanlı tәrәfi olmur vә olduqca ucuz başa gәlir. Boxçanızı zәnginlәşdirmәk
üçün bir neçә reseptlәr deyim:

 

 -Alma yeyәn zaman qabıqlarını atmayın, әn keyfiyyәtli sirkә alma qabığından alınmış sirkәdir.
Almanı yeyәn zaman tumu ilә birlikdә yeyin, alma tumunda zәngin yod vә xәrçәng әleyhinә tәsir
göstәrәn maddәlәr vardır.

 

-­ Şaftalı yarpağı görәn zaman toplayıb kölgәdә qurudun, bunu bәrabәr miqdarda gavalı yarpağı
qurusu ilә qarışdırıb öd durğunluğunda dәmlәyib yemәkdәn әvvәl içә bilәrsiniz.
­

 

-Albalı ağacının uc hissәsindәki zoğlarından yığıb qurudun qışda soyuqdәymә әleyhinә әn tәsirli
vasitәdir. Gilasdan mürәbbә bişirәn zaman saplaqlarını atmayın, gilas saplağı yaxşı sidikqovucu
kimi hәm böyrәklәri vә sidik yollarını iltihabdan tәmizlәyir, hәm dә insanı arıqladır, bunun üçün
sadәcә dәmlәyib içmәk lazımdır.
­

 

-Heyva yarpağı dәmlәmәsi dә soyuqdәymәlәrdә vә öskürәkdә faydalıdır, bunun üçün heyvanın
tumlarından da istifadә edә bilәrsiniz. Belә ki heyva yeyәn zaman tumlar çıxarılıb qurudulur vә
südlә dәmlәnilib içilir. Heyva tumunu yarım çay qaşığı bir stәkan soyuq suya atın, bir gün gözlәyin
vә mәdә yarası, qastrit vә öskürәklәrdә yemәkdәn әvvәl için.
­

 

-Söyüd yarpağı qurusu revmatizmalarda dәmlәmә formasında içilir.
­

 

-Çiyәlәk mürәbbәsi bişirәndә saplaqları atmayın, kölgәdә qurudun belәki qaraciyәr
xәstәliklәrindә dәmlәnilib içilir vә qaraciyәr mәnşәli köpmәlәri aradan qaldırır.
­

 

-Şabalıd meyvәsinin qabıqlarının dәmlәmәsi böyrәk daşlarını tökür vә prosatit әleyhinә tәsir edir,
bunun üçün 2 xörәk qaşığı 3 stәkan suda dәmlәnilib gündә 3 dәfә yemәkdәn әvvәl 1 stәkan
içmәk lazımdır.
­

 

-Fındıq yarpağı dәmlәmәsi pozulmuş qan dövranını bәrpa edir. Әgәr sizin әllәriniz vә ayaqlarınız
hәmişә soyuq olursa bu dәmlәmәyә bal әlavә edin, gündә 3 dәfә 1 stәkan için.
­

 

-Qoz yeyәn zaman arakәsmәsini atmayın yığıb qәhvәüyüdәndә üyüdün vә 100 qramı yarım kilo
bal ilә qarışdırıb mәcun hazırlayın. Bu mәcundan gündә 2 dәfә 1 çay qaşığı 1 stәkan suda
qarışdırıb için bu yod çatışmazlığını aradan qaldırır, beyin damarlarını açır vә beyinin
qidalanmasını yaxşılaşdırır.

Qoz yarpaqlarını görәndә cavan yarpaqlardan yığıb qurudun bunu
vitaminsizlik vaxtı dәmlәyib bal әlavә edib özünüz vә uşaqlarınız içә bilәrsiniz.

Qurudulmuş qoz
yarpaqlarını qәhvәüyüdәndә toz formasına salın, xına ilә qarışdırın vә saçınıza qoyun, bu zaman
saçlarınız şabalıdı rәngә boyanacaqdır.

 

-­ Nar yeyәn zaman qabığını atmayın, nar qabığını qurudun vә 1 çay qaşığı 1 stәkan suda 5 dәq.
qaynadıb bal әlavә edin vә ishallar zamanı içilmәsi әvәzolunmazdır. Nar qabığının dәmlәmәsi ilә
qarqara edәn zaman ağız yaraları sağalır vә damağı bәrkidir.
­

 

-Әzgil saplağı dәmlәmәsi qanlı ishalı aradan qaldırır.
­

 

-Tәzyiqiniz vә şәkәriniz varsa, hәr gün zeytun yarpağı dәmlәmәsi için.
­ Bazarlarda soğan satanlar soğanın qabıqlarını soyub atırlar, soğan qabığını 2 litr suda 15
dәqiqә dәmlәyin babasil xәstәlәri olanlar gündә 1 dәfә yarım saat bu dәmlәmәnin içindә
otursunlar.
­

 

-Kәlәmin әn vitaminli yeri atılan qabıqlarıdır.
­

 

-Limonlu çay içәndә limonun qabığını soyub sonra çaya atın, qabıqları qurudub saxlayın, limon
qabığı köpmәlәrdә vә hәzimsizlikdә çay kimi dәmlәnilib içilirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!