Yemәkdәn sonra çay içәnlәr mütlәq oxusun!

Yemәkdәn sonra çay içәnlәr mütlәq oxusun!
Xalq təbabəti
10.09.2017 22
Çay çox faydalı içkidir. Çay orqanizmin qocalmasını lәngidәn antiokdidantlarla zәngindir.
Belә hesab olunur ki, çay güclü xәrçәngәleyhinә tәsirә malikdir. Çay insanı daha gümrah edir,
әhval­ruhiyyәni yaxşılaşdırır.



Lakin bәzi hallarda çay orqanizmә fayda deyil, ziyan vura bilәr.
 Ölkәmizdә bir qayda olaraq yemәkdәn sonra süfrәyә çay verilir. Bu çox pis adәtdir. Mәsәlә
burasındadır ki, çay büzücü maddәlәr vә taninlә zәngindir. Bu maddәlәr orqanizmә qida ilә daxil
olan bәzi maddәlәrin mәnimsәnilmәsi prosesini pozur. Bu xüsusilә zülallara vә orqanizm üçün әn
vacib minerallardan birinә olan dәmirә aiddir.

Dәmirlә zәngin olan qidalardan sonra çay içәn insan dәmirin bağırsaqlar tәrәfindәn sovrulmasını
pozur. Dәmir hemoqlobinin tәrkibinә daxildir vә orqanizmin bütün hüceyrәlәrinә hәyati vacib
oksigenin daşınmasında iştirak edir. Dәmir orqanizmә lazım olandan az miqdarda daxil
olunduqda insanda dәmirdefisitli anemiya (qanazlığı) inkişaf edir ki, bu da bir çox pozulmaların
inkişafına tәkan verir.



Belәliklә, dәmirlә zәngin olan qidalardan dәrhal sonra çay içәn insan bilmәdәn öz
sağlamlığına ziyan vurur.

Hәmçinin qida qәbulundan dәrhal sonra içilәn çay zülalların da mәnimsәnilmәsini pozur. Zülallar
orqanzimin bütün hüceyrәlәrinin әsas tikinti materialıdır.

Çaydan fayda almaq istәyirsinizsә, çayı qida qәbulunda 20 dәqiqә әvvәl vә ya 1 saat sonra
için.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!