Sәhәr yemәyindәn әvvәl mütlәq yeyin – MİN BİR DӘRDİN DӘRMANI

Sәhәr yemәyindәn әvvәl mütlәq yeyin – MİN BİR DӘRDİN DӘRMANI
Xalq təbabəti
10.09.2017 44
Mütәxәssislәr sәhәr yemәyindәn әvvәl yalnız su içmәyi mәslәhәt görür. Lakin bundan başqa bir
qidanın da sәhәr yemәyindәn әvvәl yeyilmәsi lazımdır.

Bu qida bir çox xәstәliklәrin dәrmanıdır. Söhbәt darçın vә bal qarışımından gedir.
Mәlumdur ki, darçın vә bal ayrı­ayrılıqda bir çox xәstәliklәrә dәrmandır vә müalicәvi әhәmiyyәti
var. Lakin onları birlikdә qәbul etdikdә nәlәrә nail ola bilәcәyinizi bәlkә dә ağlınıza belә
gәtirmirsiniz.

 

Bal vә darçın qarışımı bir çox xәstәliyin dәrmanıdır. Üstәlik, heç bir әlavә tәsirinin olmaması bu
qarışımın әsas üstünlüyüdür. Şәkәrli olmasına baxmayaraq, düzgün miqdarda istifadә edildikdә
diabet xәstәlәrinә belә, zәrәr vermir. Elmi araşdırmalar darçın­bal qarışımının bu xәstәliklәrin
dәrmanı olduğunu sübut edib:

 

Ürәk xәstәliklәri

Bal ilә toz darçını qarışdırın vә naharda qızarmış çörәyin üstünә sürtәrәk yeyin. Xolesterolu aşağı
salır vә ürәk narahatlıqlarının qarşısını alır. Mütәmadi olaraq darçınlı bal yemәk ürәk döyüntülәrini
güclәndirir. Yaşlandıqca arterial damarlar vә kapilyarlar dözümlülüyünü itirir vә tıxanır. Darçınlı bal
isә damarları yenidәn canlandırır.

 

Artrit

Bir fincan isti suya iki yemәk qaşığı bal vә bir çay qaşığı toz darçın әlavә edәrәk, faydalı içki
hazırlaya bilәrsiniz. Gündәlik olaraq içilsә, xroniki artrit xәstәlәri belә, yaxşılaşa bilәr.

 

Sidik yolu infeksiyaları

İki yemәk qaşığı toz darçın ilә bir yemәk qaşığı balı ilıq suya әlavә edәrәk için. Bu qarışım sidik
yolundakı mikrobları öldürür.

 

Xolesterol

450 qram çaya iki yemәk qaşığı bal, üç yemәk qaşığı toz darçın qarışdıraraq xolesteroldan
әziyyәt çәkәn xәstәyә verdikdә iki saat içәrisindә qandakı xolesterolun miqdarının 10% azaldığını
müşahidә edәrsiniz. Gündә üç dәfә qәbul edildikdә isә xroniki xolesterol da müalicә edilә bilәr.
Gündәlik olaraq yeyilәn bal isә xolesterol şikayәtlәrini azaldır.

 

Soyuqdәymә

Tez­-tez vә ağır soyuqdәymәdәn şikayәti olanlar bir qaşıq bal vә dörddә bir qaşıq toz darçınını
qarışdıraraq üç gün әrzindә gündә bir dәfә olmaqla qәbul edә bilәrlәr. Bu müalicә xroniki öskürәk
vә soyuqdәymәni müalicә edir, nәfәs yollarını tәmizlәyir.

 

Boğaz qıcıqlanması

Darçınlı balın boğaz ağrısını yaxşılaşdırdığı vә boğazdakı yaraları kökündәn sağaltdığı deyilir.

 

Qaz

Hindistan vә Yaponiyada aparılan araşdırmalar darçınlı balın mәdәdә yaranan qazların qarşısını
aldığı sübut edilib.

 

İmmunitet sistemi

Darçınlı balın gündәlik qәbulu immunitet sistemini güclәndirir, bәdәni bakteriya vә virus
hücumlarından qoruyur. Balın nizamlı qәbulu ağ qan hüceyrәlәrini güclәndirәrәk bakterial vә virus
xәstәliklәrinә qarşı müqavimәti artırır.

 

Hәzm sistemi

İki yemәk qaşığı bala sәpilәn toz darçını yemәkdәn әvvәl qәbul edin. Bu, mәdәdәki turşuluğun
qarşısını alır vә әn ağır yemәklәrin belә, asanlıqla hәzm olunmasını tәmin edir.

 

Qrip

İspaniyalı bir alim baldakı tәbii komponentlәrdәn birinin qrip mikrobunu öldürdüyünü vә xәstәni
qripdәn qurtardığını sübut edib.

 

Uzun ömür

 Bal vә toz darçınla hazırlanan çayı ilıq formada nizamlı olaraq içdikdә yaşlanmanın tәsirlәrini
azalda bilәrsiniz. Ballı­-darçınlı çayı hazırlamaq üçün dörd yemәk qaşığı bal, bir çay qaşığı darçın
vә üç fincan qaynamış su istifadә edin. Gündә 3­-4 dәfә 1 fincan için. Bu qarışım dәrini tәzә vә
yumşaq saxlayır, yaşlanmanın qarşısını alır.

 

Boğaz ağrısı

Boğazınız ağrıdıqda vә ya qıcıqlandıqda bir qaşıq bal yeyin. Boğazınızdakı narahatlıq keçәnә
qәdәr 3 saatdan bir tәkrarlayın.

 

Çivzәlәr

Üç yemәk qaşığı bal vә bir çay qaşığı toz darçını qarışdırın. Yatmazdan әvvәl sızanaqların
üzәrinә sürtün vә ertәsi gün ilıq su ilә yuyun. İki hәftә hәr gün tәtbiq etsәniz, sızanaqları
kökündәn mәhv edәcәksiniz.

 

Dәri infeksiyaları

Bal vә toz darçını allergiya olan vә ya qıcıqlanan bölgәlәrә bәrabәr miqdarda tәtbiq edin. Bu üsul
hәr cür dәri infeksiyasına yaxşı tәsir edәcәk.

 

Çәki azaltma

Bir stәkan qaynamış suyun içinә bal vә toz darçını әlavә edәrәk, hәr gün sәhәr yemәyindәn
yarım saat әvvәl vә gecә yatmazdan әvvәl için. Daimi olaraq qәbul etdikdә piylәnmә problemi
yaşayanlar belә çәki azalda bilәcәklәr.

 

Xәrçәng

Yaponiya vә Avstraliyada aparılan araşdırmalar mәdә vә sümük xәrçәnginin müvәffәqiyyәtlә
müalicә edilә bilәcәyini sübut edib. Bu xәrçәng növlәrindәn әziyyәt çәkәn xәstәlәr gündә bir
yemәk qaşığı bal vә bir çay qaşığı darçını üç hissәyә bölәrәk bir ay boyu qәbul edә bilәrlәr.

 

Yorğunluq

Daha bir araşdırma sübut edib ki, baldakı şәkәr bәdәnin güc qazanmasına kömәk olur. Bal vә toz
darçınlı qarışığı qәbul edәn yaşlılar daha gümrah vә çevik olduqlarını hiss edәcәklәr. Hәr gün diş
fırçaladıqdan sonra vә saat 15:00­da bu qarışımı qәbul etsәniz, bir hәftәdә bәdәn
müqavimәtinizin artdığının şahidi olacaqsınız.

 

Nәfәsdәn gәlәn pis qoxu

 Cәnubi amerikalılar sәhәrlәr bir çay qaşığı bal vә darçın әlavә edilmiş suyla qarqara edir. Bununla
nәfәslәrindәn gün әrzindә gözәl qoxu gәlir.

 

Eşitmә qabiliyyәti 

Gündәlik olaraq sәhәr vә axşamlar bal­darçın qәbul etmәk eşitmә qabiliyyәtinin itmәsinin
qarşısını alır.

 

Darçınlı balın hazırlanması:

Әvvәl bir stәkan suyu qaynadın, isti suya darçın әlavә edin vә dәmlәyin. Bu qarışımı soyudun.
Qaynar suya bal qatmayın. İsti su baldakı fermentlәri öldürür. Su otaq istiliyinә gәldikdә darçının
iki qatı qәdәr bal әlavә edin. Yatmazdan әvvәl stәkanın yarısı qәdәr için vә digәr yarısını sәhәrә
saxlayın. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!