Babasilin, qәbizliyin, xәrçәngin qarşısını alan ucuz tәbii vasitә

Babasilin, qәbizliyin, xәrçәngin qarşısını alan ucuz tәbii vasitә
Xalq təbabəti
10.09.2017 34
Müasir insanlar qidanın dadına vә xarici görünüşünә xüsusi diqqәt yetirir.
Lakin bir çox dadlı yemәklәr insan orqanizmi üçün heç dә faydalı deyil.Әksinә
isә "tullantı" kimi qәbul etdiyimiz bәzi mәhsullar orqanizm üçün әsl
dәrmandır.

 

Yarmalardan (buğa, arpa vә s.) un hazırlandıqda yarmalar xüsusi emaldan
keçir vә bütün "lazım olmayan" qişalardan, rüşeymlәrdәn vә s.­dәn
tәmizlәnir. Nәticәdә biz sevdiyimiz ağappaq un әldә edirik. Lakin, tәәssüf ki,
bu un vә ondan hazırlanmış dadlı yumşaq çörәk vә s. mәmulatlar artıq
kalorilәrdәn әlavә, bizә, demәk olar, heç nә vermir. Yarmaların bütün faydalı
maddәlәri mәhz "lazım olmayan" buğda vә s. yarmaların kәpәyindә
qalır.

Kәpәk çox faydalı müalicәvi mәhsuldur. Qidalı liflәrlә zәngin olan kәpәk
bağırsaqlarımız üçün әsl dәrmandır. Bağırsaqlara düşdükdә kәpәk burada yığılmış
toksinlәri, şlakları vә s. ziyanlı maddәlәri özünә "qubka" kimi
hopdurur vә çölә çıxardır. Bunun nәticәsindә bağırsaqlar yaxşı tәmizlәnir.
Kәpәk bağırsaqların mikroflorasını yaxşılaşdırmaq vә bәrpa etmәk xüsusiyyәtinә
malikdir. Disbakteriozdan әziyyәt çәkәnlar istәnilәn duru qidalara (sup, sıyıq)
vә tәrәvәz salatlarına 1­2 çay qaşığı kәpәk әlavә edә bilәrlәr. Bu
disbakteriozun müalicәsindә çox yaxşı kömәk edәcәk.

Ümumiyyәtlә sağlam insanlar da buğda kәpәyinin müalicәvi vә profilaktik
xüsusyyәtlәrindәn istifadә edә bilәrlәr.

Kәpәk qәbizliklә mübarizәdә әn yaxşı tәbii vasitәlәrdәn biri sayılır. Kәpәk
bağırsaqların fәaliyyәtini yaxşılaşdırır.

Qәbizlikdәn әziyyәt çәkәn insanlar üçün tәbii müalicәvi vasitәnin resepti ­

-1 stәkan qatığa 1 xörәk qaşığı kәpәk әlavә edin, qarışdırın vә qәbul edin.

Bir çox hallarda qәbizlikdәn әziyyәt çәkәn insanlarda babasil inkişaf edir.
Bu sәbәbdәn bağırsaqların vәziyyәtini yaxşılaşdıran kәpәk hәmçinin babasilin
profilaktikasında da kömәk edir.

Xroniki qәbizlikdәn әziyyәt çәkәn insanlarda düz bağırsağın xәrçәng
xәstәliyinin riski artmış olur. Düz bağırsaqda yığılan vә tәrkibindә toksinlәr
vә s. ziyanlı maddәlәr olan nәcis kütlәlәri vaxtında orqanizmdәn çölә
çıxmadıqda bağırsağın selikli qişasından geri sovrulur. Bu isә düz bağırsaq
xәrçәnginin riskini artırır.

 

Kәpәk ürәk­damar sistemi üçün dә çox faydalıdır ­ orqanizmdә pis
xolesterinin sәviyyәsini aşağı salır.

 

Buğda kәpәyinin daim qәbulu dәrinin, saçların, dırnaqların vәziyyәtini
yaxşılaşdırır, sinir vә immun sisteminә müsbәt tәsir edir.

 

Gün әrzindә 2­-3 xörәk qaşığı buğda kәpәyini qәbul etmәk olar.

 

Buğda kәpәyinı iri
supermarketlәrdә tapmaq olar.

Nәzәrә almaq
lazımdır ki, buğda kәpәyi bәzi mәdә­bağırsaq sistemi xәstәliklәr zamanı ziyan vura bilәr. Bu xәstәliklәr arasında ­ mәdә vә 12 barmaq bağırsağı xorası, xoralı kolit vә s. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!