Havanı təmizləyən 3 bitki

Havanı təmizləyən 3 bitki
Xalq təbabəti
10.09.2017 28
Uzun
müddət otaq şəraitində olmaq insanı xəstə edə bilər. Xüsusilə də qış
aylarında insanlar günün böyük qismini qapalı məkanlarda keçirirlər. Yaz
aylarında isə kondisionerdən istifadə otağın havasını korlayır. Ona
görə də həm ofislərdə, həm də evdə bitkilər saxlamaq vacibdir. Ev
bitkiləri dekorasiyaya gözəllik bəxş etməklə yanaşı, həm də insanın
sağlamlığına yaxşı təsir edir. Ancaq ev şəraitində saxlamaq üçün bitki
seçərkən onun havanı təmizləmək xüsusiyyəti daşımasına diqqət etmək
lazımdır.



Qadınlar.biz  havanı təmizləyən 3 bitkini təqdim edir: 



1. Aloe

Aloe
uzun illərdən bəri xalq təbabətində müxtəlif məqsədlər üçün istifadə
edilib. Aloe bitkisi havanı təmizləyir. Otağın böyüklüyünü nəzərə alaraq
bir neçə aloe dibçəyindən istifadə edə bilərsiniz. Bu bitkiyə qulluq da
çox zəhmət tələb etmir. Çünki suyu sevmir, həftədə bir dəfə sulamaq
kifayət edəcək. 



2. Sarmaşıq

Sarmaşığı
adətən divarların üzərində görməyə öyrəşmişik. Ancaq bu bitkini qapalı
məkanlarda da saxlamaq olar. Həmişəyaşıl bitki olan sarmaşıq otağınızın
havasını təmizləyərək, ağciyərlərinizin daha sağlam olmasını təmin
edəcək. Xüsusilə ofisdə sarmaşıq saxlamaq çox faydalıdır. Çünki onun
təmin etdiyi təmiz hava bədənin daha çox oksigen qəbul etməsinə,
həmçinin beyinə daha çox oksigen çatdırılmasına səbəb olacaq. 



3. Kala

Bu
bitki işıq və su tələb etmir. NASA tərəfindən aparılan araşdırma sübut
edib ki, bu bitki mühitdəki formaldehit və ammonyak elementlərini
təmizləyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!