Kartof nişastası ilә dәri problemlәrini hәll edirik

Kartof nişastası ilә dәri problemlәrini hәll edirik
Xalq təbabəti
10.09.2017 21
Kartof nişastası dәriyә çox müsbәt tәsir edir.
Nişasta xalq tәbabәtindә müxtәlif dәri xәstәliklәri, allergilar, travmalar, yanıqlar zamanı müalicәvi
vasitә kimi, hәm dә çox tәsirli kosmetik vasitә kimi istifadә olunur.
­

 

-Qaşınma ilә müşayiәt olunan müxtәlif dәri xәstәliklәri (dermatit, ekzema vә s.) zamanı nişasta әlavә olunmuş vannalar çox yaxşı effekt verir ­ qaşınmanı azaldır, dәrini sakitlәşdirir. Bunun üçün
1/2 kq nişasta 2 l ilıq suda hәll olunur, yaxşı qarışdırılır vә vannaya tökülür.
­

 

-Körpәlәrdә bişmәcәlәr zamanı nişasta tәbii müalicәvi vasitә kimi uğurla istifadә oluna bilәr.
Körpәlәri çimizdirdikdә vannaya nişasta әlavә etmәk vә ya nişastanı sәpmә dәrman kimi
("prisipka") istifadә etmәk olar.

 

-­ Yanıqlar zamanı da nişasta müalicәvi vasitә kimi istifadә olunur. Nişastadan istifadә edilmәsi
sağalmanı tezlәşdirir, dәridә çapıqların әmәlә gәlmәsinin qarşısını alır. Nişastanı az miqdarda su
ilә qarışdırın (qatı sıyıq kimi alınmalıdır) vә yanmış dәriyә çәkin. 15­-20 dәqiqәdәn sonra dәrini su
ilә yaxşı yuyun.

Hәmçinin yanıqlar zamanı nişastanı soda ilә qarışdırın (1:1 nisbәtindә) vә yanmış dәriyә sәpin.
­

 

-Kartof nişastası qanaxmanı tez kәsir. Yaraya nişasta tökәndә qanaxma dәrhal kәsilir. Adi
sarıq istifadә etdikdә isә qanaxma bir neçә dәqiqә әrzindә davam edir.

Bundan әlavә nişasta
yaraların daha tez sağalmasına kömәk edir vә hәmçinin dәridә çapıqların әmәlә gәlmәsinin
qarşısını alır.
­

 

-Kartof nişastası әl vә ayaq dәrisinin yumşaldır, dәridә çatları sağaldır. Bunun üçün
nişastanı әl vә ayaq vannalarına әlavә etmәk lazımdır. 1-­2 xörәk qaşığı nişasta 1 stәkan ilıq suda
hәll olunur vә vannaya әlavә olunur. Vannanı 15 dәqiqә әrzindә edin vә sonra dәriyә istәnilәn
yağlı krem çәkin.

Ayaq vannasından sonra dәrini әvvәl xüsusi şotka ilә ölü hüceyrәlәrdәn
tәmizlәyin vә sonra istәnilәn yağlı krem çәkin.
­

 

 

-Nişasta üz dәrisi üçün dә çox xeyirlidir ­ dәrini yumşaldır, ağardır, daha hamar edir, rәngini
yaxşılaşdırır, artıq yağlılığı azaldır, cavanlaşdırır, kiçik qırışları yox edir.

 

Belә maskaları istәnilәn
dәri tipi (yağlı, quru, hәssas) üçün istifadә etmәk olar.

Üz dәrisi üçün belә maskaları hazırlamaq olar:­

-İstәnilәn dәri tipi üçün ağardıcı maska: 1 çay qaşığı nişasta, 1/2 limonun şirәsi, 1 yumurtanın ağı
yaxşı qarışdırılır vә tәmiz üz dәrisinә çәkilir. 15 dәqiqәdәn sonra maskanı ilıq su ilә yuyun.
­

 

-Quru dәri üçün: 1 xörәk qaşığı nişasta 1 xörәk qaşığı süd vә 1/2 çay qaşığı gәnәgәrçәk yağı ilә
yaxşı qarışdırılır vә tәmiz üz dәrisinә çәkilir. 15 dәqiqәdәn sonra maskanı yuyun.
­

 

-Dәrini cavanlaşdıran maska-­lifting:

1 xörәk qaşığı nişasta, 1/2 çay qaşığı әrik yağı, 2 kapsul
"aevit" (apteklәrdә satılır), bir az süd (maska qatı sıyıq kimi alınmalıdır) qarışdırılır vә tәmiz üz
dәrisinә çәkilir. 20 dәqiqәdәn sonra maskanı ilıq su ilә yuyun vә qidalandırıcı krem çәkin. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!