Osteoxondroz, revmatizm, artroz zamanı ağrıları azaldan bitki

Osteoxondroz, revmatizm, artroz zamanı ağrıları azaldan bitki
Xalq təbabəti
10.09.2017 30
Sübut olunub ki, zəncirotu bitkisi oynaqlarda ağrıları və iltihabı azaldır.

Hətta belə hesab olunur ki, zəncirotu oynaqların zədələnmiş toxumasını bərpa etmək xüsusiyyətinə malikdir.

 

Zəncirotu həm daxilə, həm də kompreslər şəklində istifadə olunur.

Zəncirotu dəmləməsini hazırlamaq üçün 1 x.q. zəncirotu
gülləri 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və
gündə 3 dəfə stəkanın 1/3 hissəsi miqdarında içilir. Müalicə kursu - 10
gün.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı (məsələn, öd kisəsi zamanı) zəncirotunun dəmləməsini qəbul etmək olmaz.

Kompreslər üçün zəncirotu tinkturası hazırlanır. Bunun
üçün 100 qr zəncirotu güllərinin üzərinə 1 stəkan araq tökün, 10 gün
ərzində sərin qaranlıq yerdə saxlayın, sonra gülləri sıxın və tinkturanı
yaxşı süzün.

Kompres 10 gün ərzində hər gün ağrıyan oynağın üzərinə
qoyulur. Bunun üçün pambıq əski tinkturada isladılır, oynağa qoyulur,
sellofan və yun şərflə bərkidilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!