Qanı təmizləyən və duruldan təbii qarışıq

Qanı təmizləyən və duruldan təbii qarışıq
Xalq təbabəti
10.09.2017 23
Qanın laxtalanmasının artması təhlükəli haldır. Bu damarlarda trombların əmələ gəlməsinə səbəb ola bilər.

Tromb qan laxtasıdır. Bu laxtalar qanın axını ilə daha
nazik damarla düşə bilər və onları bağlaya bilər. Tromb ürəyin damarını
bağladıqda bu infarkta, beyin damarlarını bağladıqda insulta səbəb ola
bilər.

Müasir insanların əksəriyyəti az hərəkət edir, çoxlu
yağlı, qızardılmış qidalar qəbul edir, kifayət miqdarda su içmir. Bu isə
qanın qatılaşmasına səbəb olur.



Diqqətinizə qanı təmizləyən, duruldan, tərkibini
yaxşılaşdıran, xolesterinin səviyyəsini aşağı salan çox faydalı və dadlı
qarışıq təqdim edirik.

 

Resept

- 1/2 stəkan noxud

-  2 x.q. zeytun yağı

- 2 diş sarımsaq

- 1 x.q. limon şiirəsi

- hərəsindən bıçağın ucunda qırmızı istiot, zəncəfil, sarıkök

- 2 ədəd mixək (qəhvəüyüdəndə üyüdmək lazımdır)

 

Hazırlanması:

1. Noxud yuyulur və axşamdan bir qədər soda əlavə olunmuş suda isladılır. Səhər suyu süzülür, noxud hazır olana qədər bişirilir.

2. Bişmiş noxudun qabıqları soyulur və noxud blenderdə əzilir.

3. Zeytun yağı, sarımsağəzənlə əzilmiş sarımsaq, limon şirəsi, ədviyyatlar əlavə olunur, yaxşı qarışdırılır.

4. Hazır qarışığı soyuducuda saxlayın və hər gün 2-3 xörək qaşığı olmaqla qəbul edin (çörəyə çəkmək olar).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!