Üzüm yarpağının bilmədiyiniz faydaları

Üzüm yarpağının bilmədiyiniz faydaları
Xalq təbabəti
10.09.2017 20
Yazda
bişirilən yeməklər arasında təzə üzüm yarpağından hazırlanan dolma
üstünlük təşkil edir və çoxları tərəfindən sevilir. Bəs üzüm yarpağının
faydalarını bilirsinizmi? Mütəxəssislər iddia edir ki, əsasən də zeytun
yağı ilə hazırlanan ətli yarpaq dolması aşağı kalori və yüksək qida
dəyərinə malikdir, sağlam qidalanmaya xidmət edən yeməkdir.

Qadınlar.biz üzüm yarpağının faydalarını təqdim edir.


Bağırsaq sağlamlığı üçün əhəmiyyətli olan posanın zəngin mənbəyidir.
Yüksək posalı qidaların qəbizliyin qarşısını alma, xolesterolu aşağı
salma və qan şəkərini yüksəltmə kimi müsbət təsirləri var.
Dolmalarınızda düyü yerinə yarma istifadə etsəniz, posanın  müsbət
təsirlərindən yararlana bilərsiniz.


Üzüm yarpağı tək halda xolesterol ehtiva etmir. Zeytun yağı ilə
hazırlayacağınız dolmalar isə ürək sağlamlığı üzərinə qoruyucu təsirlərə
malikdir.


İmmunitet sistemini gücləndirən və infeksiyalara qarşı qoruyan A və C
vitaminləri ehtiva edir. Bu vitaminlər həmçinin antioksidan vitaminlər
olub xərçəngə qarşı bədənimizi qoruyur.


Kalsium başda olmaqla manqan, mis, maqnezium və dəmir kimi müxtəlif
mineralları ehtiva edir. Sağlam sümük və dişlər üçün kalsium əhəmiyyətli
mineraldır. Süd və süd məhsulları kalsiumun təməl qaynağı olmaqla
yanaşı, üzüm yarpağı kimi yaşıl yarpaqlı tərəvəzlər də kalsiumun bitki
mənşəli qaynaqlarındandır.


Unutqanlıq xəstəliyinə qarşı qoruyucudur. Üzüm yarpağının tərkibindəki
komponentlər unutqanlıq xəstəliyinin səbəbi olan beyində beta amiloid
düyünlərinin yığılmasının qarşısını alır.


Üzüm yarpağı əsasən duzda saxlanılır. Duzun zərərli təsirlərindən
qorunmaq üçün istifadədən əvvəl suda saxlamaq lazımdır ki, duzu yaxşıca
çıxsın. Yüksək təzyiqi olan, böyrək xəstələri və müalicə müddətində
sodiumdan uzaq dayanması lazım olan xəstələr tutma yarpaqdan hazırlanan
dolmadan uzaq dursalar, yaxşı olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!