Halsızlığı və yuxululuğu necə aradan qaldırmalı?

Halsızlığı və yuxululuğu necə aradan qaldırmalı?
Xalq təbabəti
10.09.2017 29
Yaz
fəsli təbiəti oyatsa da, bəzən insanlar arasında aylarda halsızlıq və
yorğunluq yaradır. Çünki baharda vaxt insan orqanizmində metabolizm
prosesi gedir və hormonlarda dəyişiklik baş verir. Bu dəyişiklik
halsızlıq, yorğunluq, əzələ ağrıları ilə müşayiət olunur. Bu əlamətlər
nəticədə yuxu gətirir. Bəzi vitamin və mineral çatışmazlığı olan
insanlar özlərini daha çox yorğun hiss edirlər. Orqanizm tələb olunan
vitamin və minerallarla təmin edildikdə isə insan özünü həm fiziki, həm
də psixoloji cəhətdən daha yaxşı hiss edir.

İştahın
azalması, əzələ ağrıları, oynaq ağrıları və qadınlarda menstruasiya
nizamsızlığı kimi əlamətlər də baharda özünü daha çox biruzə verir.

Türkiyəli mütəxəssis Oya Yüksək yaz halsızlığını meteoroloji təsirlə
izah edib. Onun sözlərinə görə, fəsil dəyişiklikləri əvvəlcə hormonal
sistemə təsir edir. Orqanizmin yeni ekoloji dəyişikliklərə alışması və
hormonal sistemin tarazlaşması üçün müəyyən vaxt tələb olunur. Bu zaman
ətraf mühitə uyğunlaşmaq çətinləşir və bu yorğunluğa səbəb olur. Qış
aylarında hərəkətsiz həyat tərzi sayəsində qazanılan artıq çəki yazda
fəal həyat tərzinə uyğunlaşmağa mane olur. Çirkli hava, havanın elektrik
yükünün artımı və ion dəyişiklikləri də yorğunluğa səbəb olan
amillərdəndir".

Türk
dietoloq Oya Yüksək baharı gümrah keçirmək üçün insanların mütəmadi
olaraq istifadə etməli olduğu qidaların siyahısını açıqlayıb. O siyahını
təqdim edirik:

1.Kivi

C
vitamini ilə zəngin olan kivini səhərlər və ya gün ərzində bir ədəd
yemək metabolizm prosesini yaxşılaşdırır, yorğunluq hissini aradan
qaldırır.

2.Yerkökü

Vitamin
və minerallarla zəngin olan yerkökünü "qızıl mədəninə" bənzədirlər. Bu
tərəvəz qaraciyəri lazımsız maddələrdən təmizləyir. Onun tərkibində olan
beta-karotin A vitamininə çevrilir ki, bu da intellektin
yaxşılaşmasına, immun sisteminin möhkəmlənməsinə, sümüklərin və dişlərin
güclənməsinə, tiroid vəzində yaranan problemlərin aradan qalxmasına və
boy artımına yardım göstərir. Yerkökü həmçinin zehni fəaliyyəti
gücləndirir. Gündə bir ədəd yerkökü yeməklə halsızlıq və yorğunluq
problemini tamamilə aradan qaldırmaq mümkündür.

3.Armud

Armud
bol miqdarda A, K və C vitamini ehtiva edir. Antioksidant təsirə malik
olan armud immun sistemini gücləndirib bədənə enerji verir. Bundan əlavə
armudun tərkibindəki faydalı maddələr qanda şəkərin miqdarını
tənzimləyir. Baharı enerjili keçirmək istəyənlər gündə bir ədəd armud
yeyə bilərlər.

4.Cəfəri

Cəfərini
şüyüd və çuğundur yarpağı ilə birlikdə qəbul etmək immun sistemini
möhkəmləndirir. İmmun sisteminin möhkəm olması yaz yorğunluğundan daha
asan xilas olmağı şərtləndirir. Cəfəri ödəm problemini də effektli
şəkildə yox etməyə qadirdir. Cəfərinin həm şirəsini içmək, həm də
salatların tərkibində qəbul etmək olar.

5.Qoz

Fındıq,
badam, qoz kimi çərəzlər E vitamini ilə zəngindir. E vitamini bədən
funksiyaları üçün mühüm rol oynayan maddədir. Qozun tərkibindəki E
vitamini orqanizmdə sərbəst radikalların təsirini azaldır. O, immun
sistemini gücləndirib yorğunluğu aradan qaldırır. Bu vitamin saç və dəri
üçün də ən effektli vasitələrdən biridir. Hər gün 2 ədəd qoz, yaxud 5-6
ədəd fındıq yemək lazımdır.

6.Qatıq

Qatıq
bağırsaqların fəaliyyətini yaxşılaşdırır, immun sistemini gücləndirir
və toxluq hissi yaradır. Toxluq hissi verən qatıq qanda şəkərin
miqdarını da nizamlayır. Beləliklə, gün ərzində gümrah və enerjili
oluruq. Gün ərzində 1-2 kasa qatıq yemək məsləhətdir.

7.Qırmızı ət

Dəmir
çatışmazlığı qan azlığına səbəb olur. Qan azlığı isə hamıya məlum
olduğu kimi halsızlıq və yorğunluğu artırır. Yaz aylarını gümrah
keçirmək istəyənlər həftədə 3 dəfə ət yeməlidirlər.

8.Yulaf əzməsi

Yulaf
əzməsi toksinləri və zərərli maddələri orqanizmdən xaric edən faydalı
bitkidir. Yulaf əzməsini həftədə 3-4 dəfə səhərlər və günorta
saatlarında südə və ya qatığa qarışdırıb yemək lazımdır.

9.İspanaq

İspanağın
tərkibindəki dəmir duzları və B qrupu vitaminləri qan azlığını aradan
qaldırır. İspanaq həmçinin dəri altına piy toplanmasının və sellülitin
qarşını alır. İspanaq bağırsağın normal fəaliyyətini təmin edir,
qəbizliyin qarşısını alır, karbohidrat mübadiləsini tənzimləyir,
qlükozanın toxumalara keçməsini asanlaşdırır və qanda şəkərin
səviyyəsini normallaşdırır. Nəticədə bədənin müqaviməti artır. İspanaq
həftədə ən azı 3 dəfə az bişirilmiş halda yeyilməlidir.

10.Yaşıl çay

Yaşıl
çay min bir dərdin dərmanı sayılır. İnsanın ömrünü uzadan yaşıl çay
güclü antioksidantdır. Yaşıl çay insanın orqanizmini müxtəlif zərərli
maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və
nəticədə insanın immun sistemi möhkəmlənir. O, dolayısı ilə yorğunluğu
aradan qaldırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!