Səhər yeməyindən imtina edənlər mütləq oxusun

Səhər yeməyindən imtina edənlər mütləq oxusun
Xalq təbabəti
10.09.2017 39
Bütün dünya diyetoloqları təsdiq edir ki, səhər yeməyi mütləq lazımdır.

Çoxsaylı araşdırmalar göstərib ki, səhər yeməyindən
imtina edən insanlarda ürək-damar sistemi xəstəliklərinin, şəkərli
diabetin, piylənmənin inkişafı riski xeyli artmış olur.



Ekspermentlər göstərib ki, səhər yeməyindən imtina
edən insan gün ərzində daha çox qida qəbul edir və bu da artıq çəki və
piylənmə kimi pozulmaların inkişafına təkan verir.

Səhər yeməyi yeməyən insanların əksəriyyətində insulinin ifrazı pozulur. Bu isə şəkərli diabetin riskini artırır.

Həmçinin səhər yeməyindən daim imtina edən insanların
qanında xolestirinin səviyyəsi də artmış olur ki, bu da ateroskleroz
xəstəliyinin riskini artırır.

Beləliklə, səhər yeməyi çox vacib qida qəbuludur.
Mütəxəssislərin fikirinə görə, səhər yeməyi tamdəyərli olmalıdır. Səhər
yeməyi üçün yumurta, sıyıqlar (xüsusilə yulaf yarması sıyığı), süd
məhsulları ən yaxşı seçim sayılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!