Arıqladan, immuniteti gücləndirən ən faydılı süd

Arıqladan, immuniteti gücləndirən ən faydılı süd
Xalq təbabəti
10.09.2017 32
Sağlam qidalanmaya olan marağın artmasıyla birlikdə
bir çox məhsullar arasında rəqabət də yüksəlib. Bu sıradan son zamanlar önə
çıxan qidaların biri də keçi südüdür.

İnək südünə alternativ olaraq göstərilən keçi südünün
faydaları haqqında türkiyəli dietoloq Oya Neva Demirkol danışıb.

İnsanların əksəriyyəti əsasən inək südünə üstünlük
versə də, son araşdırmalar keçi südünün sağlamlığa daha çox xeyri olduğunu
sübut edib. Dietoloq ilk növbədə keçi südünün digər ağartı məhsullarına
nisbətən daha çox kalsium ehtiva etdiyini vurğulayır: "Keçi südü inək südündən
daha çox kalsium tərkibinə malikdir. Bu da sağlam sümük quruluşunun inkişafında
və osteoporoza qarşı qorumada böyük rol oynayır. Keçi südü kalsiumla yanaşı
fosfor, maqnezium, A vitamini, selenium, kalium və B qrupu vitaminlərə də
malikdir. Bir stəkanı keçi südü gündəlik kalsium ehtiyacının az qala yarısını
və B vitamini ehtiyacının 20%-i qarşılaya bilir”.



Arıqlamağa kömək edir

Keçi südünün inək südündən daha çox kalorili olması
sizi qorxutmasın. Çünki bu südün tərkibindəki faydalı yağ turşuları arıqlamağa
və maddələr mübadiləsini sürətləndirməyə yardım edir. Tərkibindəki faydalı yağ
turşuları sayəsində ürək və damar sağlamlığının qorunmasına da kömək olur:
"Yüksək kalium tərkibi sayəsində keçi südü damarların genişlənməsinə və
təzyiqin salınmasına da faydalıdır. Keçi südü həmçinin immunitet sistemini
gücləndirir. Tərkibindəki selenium sayəsində immunitet sisteminin sağlam işini
təmin edir və bədəni xəstəliklərə qarşı qoruyur. Yüksək protein tərkibli keçi
südü bədənin metabolik fəaliyyətləri yerinə yetirməsinə kömək olur”.

 

Ana südünə yaxındır

Keçi südü ana südünə ən yaxın süddür. Bu oxşarlığı həm
qidalandırıcı, həm də asan həzm edilən xüsusiyyətindən irəli gəlir. Kiçik yağ
molekullarına sahib olan keçi südü  inək südünə nisbətən daha rahat və
asan həzm edilir. Üstəlik, keçi südünün tərkibindəki zülal ana südündəki bənzər
xüsusiyyətlərə malikdir. Asan həzm olunması, xüsusilə laktoza dəyəri keçi
südünü inək südü içə bilməyənlər üçün daha dəyərli edir. Çünki keçi südündəki
laktoz nisbəti inək südünə nisbətən daha azdır: "Əslində həzmi asan olan və
olduqca qidalandırıcı xüsusiyyətə malik keçi südünü yaşından asılı olmayaraq
hər kəs içə bilər. Lakin bu südün tərkibində B12 və fol turşusu kasad olduğu
üçün körpələrə və uşaqlara verilərkən diqqətli olmaq lazımdır. Tez-tez keçi südü
içən uşaqlar və böyüklər qansızlıq riskinə qarşı qidalar yeyirsə, keçi südü
seçiminin hər hansı bir qorxusu yoxdur. Ehtiyatı əldən verməmək üçün isə
qansızlıq problemi riskindən uzaq durmaq üçün körpənizə 1 yaşından əvvəl keçi
südü vermək məsləhət deyil. İrəli yaşlarda isə uşaqların qidalanmasına diqqətli
olmaq şərtilə keçi südü içməsi mümkündür”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!