Gicitkənin balla qarışığı - effektli MÜALİCƏVİ VASİTƏ

Gicitkənin balla qarışığı - effektli MÜALİCƏVİ VASİTƏ
Xalq təbabəti
10.09.2017 48
Gicitkən çox faydalı bitkidir. Gicitkən qanın
tərkibinə çox müsbət təsir edir, qanı təmizləyir, qanazlığı zamanı
müalicəvi vasitə kimi istifadə olunur, qaraciyəri və böyrəkləri
təmizləyir.

Gicitkən xalq təbabətində müxtəlif dəmləmələr, cövhərlər, tinkturalar və s. tərkibində çox geniş istifadə olunur.

 

Sizə gicitkəndən və baldan hazırlanmış və xalq təbabətində geniş istifadə olunan təbii dərmanın reseptini təqdim edirik.

50 qr təzə gicitkən blenderdə əzilir, üzərinə 1 stəkan
təbii bal əlavə olunur, yaxşı qarışdırılır və 7 gün soyuducuda
saxlanılır. Dərmanı hər gün qarışdırın.

1 həftədən sonra dərmanı istifadə etmək olar. Böyüklər
bu qarışığı gündə 2 dəfə 1 xörək qaşığı olmaqla qəbul edir. Qarışığı
soyuducuda saxlayın.

Bu qarışıq qanın tərkibini yaxşılaşdırır, qanı, qaraciyəri, böyrəkləri təmizləyir, orqanizmə ümumimöhkəmləndirici təsir edir.

 

Nəzərinizə çatdıraq ki, gicitkən hamilə qadınlar və
damarlarda trombların əmələ gəlməsinə meyilli olan insanlar üçün
əks-göstəriş sayılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!