Ziyillərin xalq təbabəti vasitələri ilə müalicəsi

Ziyillərin xalq təbabəti vasitələri ilə müalicəsi
Xalq təbabəti
10.09.2017 76
Ziyillərin səbəbi papillomavirus infeksiyasıdır. Ziyillər təhlükəli olmasalar da bəzən ciddi kosmetik defekt yaradır.

Ziyillərdən azad olmaq üçün müasir kosmetik metodlar
istifadə olunur - krioterapiya (maye azotla yandırılma) və
elektrokoaqulyasiya (elektrik cərəyanla yandırılma).

 

Xalq təbabəti də ziyillərlə mübarizə etmək üçün effektli vasitələri təqdim edir. Bu vasitələr arasında:

- Sarımsaq. Sarımsaq
nazik doğranılır, ziyilin üzərinə qoyulur və bintlə bərkidilir.
Sarımsağı 2 saat saxlayın. Bu proseduraları gündə 2 dəfə ziyil yox olana
qədər edin.

Digər üsul - 3 diş sarımsaq sarımsağəzənlə əzilir və
eyni miqdarda ətçəkən maşınında çəkilmiş qoyun piyi ilə qarışdırılır. Bu
məlhəm gündə 2 dəfə ziyilin üzərinə çəkilir və 2 saatdan sonra yuyulur.
Hazır məlhəmi  soyuducuda saxlayın.

 

- Dəmrovotu bitkisinin şirəsi. Bu
da çox effektli vasitədir. Ən sadə üsul: dəmrovotu bitkisinin
gövdəsindən şirə sıxılır (şirə açıq-sarı rəngdədir) və qulaq çöpü ilə
ziyilin üzərinə çəkilir. Diqqətli olun! Şirə zəhərlidir - ağıza,
gözlərə, sağlam dərinin üzərinə düşməməlidir. Bu vasitə gündə 2-3 dəfə
ziyillərin üzərinə çəkilir.

Həmçinin dəmrovotudan müalicəvi dəmləmə də hazırlamaq
olar. 1 x.q. quru dəmrovotunun üzərinə 1 stəkan qaynar su əlavə olunur,
vam odda qaynara düşənə qədər qızdırılır, soyudulur və süzülür.
Dəmləməni gündə 2-3 dəfə ziyilin üzərinə çəkilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!