Orqanizmi təmizləyən detoks üsulları

Orqanizmi təmizləyən detoks üsulları
Xalq təbabəti
10.09.2017 18
Mövsüm  keçidlərində, xüsusən qışdan yaza keçəndə detoks etmək orqanizm üçün həm əhəmiyyətli, həm də vacibdir.

Detoks bədəni alkoqol, narkotik və ya digər zərərli
maddələrdən təmizləyir, artıq çəki problemini həll edir. Ancaq detoksun
faydalı bununla məhdudlaşmır. Detoks orqanizmi yalnız zərərli
maddələrdən təmizləmir, həm də qocalmağa və xəstəliyə yol açan
toksinlərdən azad edir.



Kimlər detoks etməlidir?

Əslində, hər bir insanın detoska ehtiyacı var.  Xüsusi
ilə daimi baş və ya kürək ağrıları varsa, hər şeyi unudursunuzsa,
dırnaqlarınız və saçlarınız tez-tez qırırlarsa, sizin detoksa hamıdan
daha çox ehtiyacınız var.

Detoks proqramı uzunmüddətli və ya qısamüddətli ola
bilər. 24 saatlıq qısa müddətli detoks proqramlarına meyvə suları,
sakitləşdirici terapiyalar, qalın bağırsaq təmizliyi və dəri təmizliyi
daxildir.

Uzunmüddətli detoks proqramlarına isə ətdən, ağır
karbohidrogenlərdən, kimyəvi maddələrin istifadə edildiyi qidalardan
uzaq durmaq daxildir. Əvəzində daha çox meyvə və tərəvəz, su və bitki
çayları təklif edilir. Bundan başqa, yoqa kimi alternativ müalicələr,
iynəbatırma, sakitləşdirici meditasiyalar, ya da masajlarla detoksu
dəstəkləyə bilərsiniz.

Evdə çox pul xərcləmədən sadə detoks proqramları
tətbiq edə bilərsiniz. Ancaq detoksa proqramına nələrin daxil olduğunu
müəyyən etmək üçün həkim və ya diyetoloqla məsləhətləşin.

 

Limonlu su

Limonlu su evdə çox rahat hazırlanan detoks növüdür.
Limon turşusu orqanizmin təmizlənmə prosesinə kömək edir. Bu maye həzm
prosesini normallaşdırır, həm də yağ molekulları limon sayəsində
parça-parça olur. Mütəmadi olaraq limonlu sudan istifadə edərkən üz
dərisinin rəngi açılır, daha sağlam görkəm alır. Limonlu suyun
faydalarından bəhrələnmək üçün onu səhərlər acqarına içmək lazımdır və
istifadə zamanı hazırlanmalıdır. Diqqətdə saxlamaq vacibdir ki, bir
stəkan ilıq suya limonun yalnız dörddə bir hissəsinin şirəsi əlavə
olunmalıdır. Onu içdikdən yarım saat sonra səhər yeməyinin yeyilməsi
vacibdir. Limon suyu gün ərzində insanın əhvalına da müsbət təsir
göstərir və bütün daxili orqanların fəaliyyətini normallaşdırır. Limonlu
suya bir çay qaşığı bal da əlavə edə bilərsiniz.

 

Hamam duzları

İsti su toksinləri dərinin üst səthinə göndərir,
beləcə su soyuduqca dəri təmizlənir. Duzlar tərləməni təmin edərək
detoksu sürətləndirir və qalın bağırsaqları təmizləyir. Hamam duzu ilə
vanna qəbul etmək bədəni rahatlaşdırır, mənfi enerjini alır, toksinləri
təmizləyir, məsamələri açır. Açılan məsamələr sayəsində dəri yaxşı nəfəs
alır və parıltılı olur.

 

Alma

Alma detoksu üç, ən çox dörd gün davam etdirilir. Bu
detoksu etmək üçün sadəcə yetişmiş almalar yemək lazımdır. Detoks zamanı
gündə ən az 6 alma yeyilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!