Kişi gücünü artıran otlar

Kişi gücünü artıran otlar
Xalq təbabəti
10.09.2017 23
Bəzi bitkilər xalq təbabətində kişi gücünü artırmaq və
sonsuzluğu müalicə etmək üçün istifadə olunur. Təbii ki, bu bitkilər
əsas müalicə ilə yanaşı istifadə oluna bilər. 

 

Bu bitkilər arasında:

- Ginko biloba

Bu bitki orqanizmdə qan dövranını yaxşılaşdırmaq və qanı oksigenlə zənginləşdirmək xüsusiyyətlərə malikdir.

Araşdırmalar göstərib ki, ginko biloba bitkisinin
tinkturasını qəbul edən kişilərin əksər hissəsində potensiyanın (kişi
gücü) göstəriciləri yaxşılaşır.

 

- Jenşen

Jenşen insanda enerjinin artmasına, fizki gücün
bərpasına kömək edir. Bu bitki qədim zamanlardan potensiyanı artıran
vasitə kimi tanınır və istifadə olunur.

 

- Yemişan

Ürəyin fəaliyyətini yaxşılaşdıran bitki kimi tanınan yemişan həmçinin kişi gücünü də artırır.

 

- Kərəviz

Mütəxəssislərin fikirinə görə, bu göyərti kişilərdə
potensiyanı artırır, prostatitin inkişafından qoruyur. Cinsi
sağlamlığında problemləri olan kişilər hər gün 1 stəkan kərəviz şirəsini
içməlidir. Şirə hazırlamaq üçün bitkinin qalın gövdələri və yarpaqları
istifadə olunur.

 

- Darçın

Darçın qədim zamanlardan kişi gücünü artıran vasitə
kimi tanınır. Potensiyanın zəiflənməsi zamanı müalicə ilə yanaşı
ballı-darçınlı suyu da istifadə etmək olar.

 

- Çaytikanı

Bu multivitamin bitki insanın bir çox orqan və
sistemləri üçün (o cümlədən, cinsiyət sistemi üçün) faydalıdır.
Çaytikanı potensiyanı yaxşılaşdıran təbii preparatların tərkibində
tez-tez daxil edilir.

 

- Zəfəran

Zəfəran da qədim zamanlardan potensiyanı artıran xalq
təbabəti vasitə kimi istifadə olunur. Cinsi zəifliyi, kişi sonsuzluğu
zamanı zəfəran dəmləməsi əlavə müalicəvi vasitə kimi istifadə oluna
bilər. Təbii zəfəranın 2-3 tükcüyü 50 qr qaynar suda 20 dəqiqə ərzində
dəmlənilir və hər gün içilir.

 

- Kəklikotu

Prostatit və potensiya problemləri zamanı çox yaxşı
təsir göstərir. 1 ç.q. kəklikotu 1 stəkan qaynar suda dəmlənilir,
soyudulur, süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla
qəbul olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!