Bal, sirkə, su qarışığı. İnanılmaz faydaları!

Bal, sirkə, su qarışığı. İnanılmaz faydaları!
Xalq təbabəti
10.09.2017 35
Mən nə qədər saysamda bu şərbətin şəfaları bitməz və
tükənməz. Sirkə və bal peyğəmbərlər yeməyi olmuşdur, hər ikisində
vücudumuz üçün lazım olan hər şey vardır.

Alma sirkəsi, bal ve su qarışımı o qədər zəngin
minerallara, vitaminlərə malikdir ki, bu nisbətləri dəyişməklə insan
oğlunda demək olar bütün xəstəlikləri müalicə etmək mümkündür.

Hər ikisinin mükəmməl tərkibi birləşəndə vücud üçün sağlıqlı bir eliksirə çevrilir.

 

 Bal, sirkə, su qarışığı. İnanılmaz faydaları!

 

Ağız, boğaz xəstəliklərində:



1 xörək qaşığı alma sirkəsi,

1 çay qaşığı bal,

Yarım stekan ilıq su,

Ağız və boğaz qarqara edilir, tutulmuş səsi açır.

1 çay qaşığı balın bir stekan suda qarışığı insanın qan plazması ilə eyni qatılıqda olur.

1 çay qaşığı alma sirkəsi

1 çay qaşığı bal

1 stekan qaynanmamış su







Axşam yatmazdan əvvəl hazırlanıb səhər-səhər ac qarına içilir, səhər hazırlanır axşam yatmazdan əvvəl içilir.

 

Faydaları:



Orqanizmin bütün minerallara olan tələbatı ödənilir.
Orqanizmin kalsiuma, kaliuma, maqneziuma, sinkə, dəmirə, misə və s.
tələbatlar ödənilir. Bilirsinizmi, saydığım bu minerallar çatmayanda
yüzlərcə xəstəliklər əmələ gəlir. 

Əgər sizdə köpmə, bağırsaqlarda mikroflora pozğunluğu
və bağısaq göbələyi varsa, bunun ən yaxşı çarəsi 3 ay yuxarıda dediyim
formada içməyə davam edin. Bağırsaq mikroflorasını bərpa edir, insanın
yaşlanmasının qarşısını alır. Allahın vermiş olduğu ömrü sağlam yaşamağa
səbəb olur.

 

 

Hər ikisinin tərkibindəki antioksidantlar sizləri
nəinki piylənmədən qoruyar, hətta piylərinizin əriməsinə səbəb olar,
çünkü antioksidantlar yandırmanı (oksidləşməni) sürətləndirirlər.
Antioksidantlar həm xərçəngin profilaktikasında, həm də müalicəsində
əvəzolunmazdırlar. Bütün bunlar üçün 5 ay bu tərkib içilməlidir.

 

 

Şərbətdən daimi istifadə zamanı mədə və qida borusu
divarı xarici amillərin təsirinə çox dözümlü olurlar qaraciyərin bütün
xəstəliklərini müalicə edir, öd ifrazını artırır, öd xolesterin
mübadiləsini çoxaldır. Xolesterin, lipid, yağ turşularının miqdarını
azaldır, mədəaltı vəzin normal fəaliyyətini bərpa edir, insanda immun
sistemi elə bir səviyyədə saxlayır ki, bu zaman heç bir infeksiya
orqanizmə güc gələ bilmir. İnfeksiyalar xroniki hala keçə bilmir.

- antiparazit təsiri vardır,

- bağırsağın filtr fəaliyyətini normal edir,

- bədən hüceyrələri yenilənir,

- bağırsaqların, ümumiyyətlə orqanların işi normallaşır,

- təzyiq, baş ağrısı, piylənmə, astma, bronxit,
epilepsiya, qastrit, qadınlarda adət pozğunluğu, kişilərdə
iqtidarsızlıq, anemiya, yorğunluq kimi hallar zaman-zaman aradan qalxır.
Bütün ürək qan-damar xəstəlikləri üçün şəfadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!