Zoğalın xalq təbabətində istifadəsi

Zoğalın xalq təbabətində istifadəsi
Xalq təbabəti
10.09.2017 42
Zoğal çox faydalı giləmeyvədir. Qədim zamanlardan bu giləmeyvə öz müalicəvi xüsusiyyətlərlə tanınır.

Zoğal C vitamini ilə zəngindir. Bu giləmeyvədə C
vitamini sitrus meyvələrdə olduğundan çoxdur. C vitamini damaqları
möhkəmləndirir. Məhz bu səbəbdən keçmişdə zoğal dişlərin tökülməsi ilə
müşayiət olunan sinqa xəstəliyi ilə mübarizədə geniş istifadə olunurdu.



Zoğal
həmçinin qədim zamanlardan bağırsaqları yığan təbii vasitə kimi tanınır.
Zoğal kompotu, zoğal meyvəsinin dəmləməsi ishal zamanı təbii dərman
kimi istifadə olunur. Belə
dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə
zoğal 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir (termosda dəmləmək
daha yaxşıdır) və gündə 3 dəfə yeməkdən əvvəl içilir. Bu məqsədlə zoğal
mürəbbəsini də istifadə etmək olar (1 xörək qaşığı zoğal + 1 stəkan
qaynar su).

Uşaqlara ishal zamanı zoğal kiseli vermək çox yaxşıdır - bağırsaqlar həm təmizlnir, həm də yığılır.Ümumillikdə pektinlərlə zəngin olan zoğal bağırsaqları müxtəlif ziyanlı maddələrdən çox yaxşı təmizləyir.

 

-Zoğal həzm prosesləri yaxşılaşdırır, iştahanı artırır, qıcqırmanı azaldır, ödqovucu təsir edir.

 

-Zoğal arterial təzyiqi normallaşdırır, "pis"
xolesterinin səviyyəsini aşağı salır, qanın tərkibini yaxşılaşdırır,
sklerozun qarşısını almağa kömək edir.

 

-Zoğalın
tərkibində olan rutin maddəsi damarları və kapilyarları möhkəmləndirir,
onların elastikliyini artırır, iltihabı və ödemi azaldır. Bu səbəbdən
damar xəstəliklərindən əziyyət çəkən insanlar bu giləmeyvəni tez-tez
qəbul etməlidir.

 

 -Zoğal qanda şəkərin səviyyəsini aşağı salır və bu
səbəbdən şəkərli diabet zamanı xeyirlidir. Həmçinin zoğal mədəaltı
vəzinin fəaliyyətini yaxşılaşdırır.

 

-Zoğal iltihab, bakteriya və virus əleyhinə təsirə
malikdir. Zoğal dəmləməsi soyuqdəymə və kəskin respirator infeksiyaları
zamanı çox yaxşı müalicəvi təsir edir, hərarəti salır, immun sistemini
möhkəmləndirir.

 

-İmmun
sistemini möhkəmləndirmək üçün zoğal çayından istifadə edin. 1 xörək
qaşığı təzə zoğal 1 fincan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, 1 çay
qaşığı bal əlavə edin və için.

 

-Sidik kisəsi və sidik yolları iltihabları zamanı
zoğal sidikqovucu və iltihabəleyhinə vasitə kimi istifadə olunur. Bu
məqsədlə zoğal və onun yarpaqları istifadə olunur.

 

-Zoğal podaqra və artritdən əziyyət çəkən insanlar üçün xeyirlidir.

 

-Xalq təbabətində zoğal yarpaqlarından da geniş
istifadə olunur. Damaq xəstəlikləri və iltihabları zamanı, ağız boşluğu
iltihabları zamanı zoğal yarpaqlarının dəmləməsi çox yaxşı kömək edir.

 

-Zoğal orqanizmdə gedən mübadilə prosesləri yaxşılaşdırır, piylərin daha tez parçalanmasını təmin edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!