Sağlam oynaqlar və elastik dəri üçün FAYDALI RESEPT

Sağlam oynaqlar və elastik dəri üçün FAYDALI RESEPT
Xalq təbabəti
10.09.2017 13
Kollagen zülalı orqanizmdə olan birləşdirici toxumanın
əsas tərkib hissəsidir. Kollageni "cavanlıq zülalı" adlandırırlar. Bu
zülal dərinin, qığırdaqların elastikliyini təmin edir.

İnsan yaşa dolduqca kollagenin sintezi zəifləyir.
Nəticədə dəri elastikliyini itirir, qocalmağa, sallanmağa başlayır,
oynaqların hərəktliliyi pozulur və s.

 

Orqanizmi əlavə kollagenlə təmin etmək üçün bu kimi çox sadə reseptdən istifadə edə bilərsiniz.

5 qr jelatinin üzərinə 15 qr isti su tökün və su
hamamında əriyənə qədər qızdırın. Üzərinə 10 ml itburnu siropu əlavə
edin, qarışdırın və soyuducuya qoyun. Hazır jeleni qida qəbulundan sonra
gündə 2-3 dəfə olmaqla yemək lazımdır. Jelenin xoş dadı var.

Bu çox faydalı müalicəvi məhsuldur. Jelatin təmiz
kollagendən ibarətdir, C vitamini və flavonoidlərlə zəngin olan itburnu
siropu kollagenin daha yaxşı mənimsənilməsini təmin edir.

Bir neçə porsiya jele qabaqcadan hazırlayıb soyuducuda saxlamaq və lazım olduqda qəbul etmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!