Əmənköməncinin faydaları

Əmənköməncinin faydaları
Xalq təbabəti
10.09.2017 22
Bu gün bazarda əməkömənci gördüm yadıma onun faydaları
düşdü, çünki indi kim istəsə tapa bilər, bağlar və bazarlar onunla doludur.

Əməköməncinin çox zəngin tərkibi vardır. Tərkibindəki
seliyin çoxluğuna görə ağciyər xəstəliklərində bəlğəmgətirici kimi əvəzolunmazdır.



Eyni zamanda həmin selikli maddələr qastritdə,
mədə-bağırsaq yaralarında yaranın üzərini həm örtür, həm də sağaldır. Bu zaman
əməkömənci dəmləməsi içilir.

Əməkömənci bitkisinin tərkibində bir maddə də var ki,
ona "mallivin" deyirlər bu maddə çox güclü mikrob və bakteriya
öldürücüdür. Məsələn ağzınızda çoxlu yaralar çıxırsa və gec sağalırsa,
boğazınız tez-tez gəlirsə, angina olursunuzsa, bir dəstə əməköməncini çeynəyib
suyunu udursunuz, oduncağını isə udmursunuz.

Əməköməncinin içindəki maddələr dəriyə də yaxşı təsir
edir, sağalmayan yaralarda, çibanlarda bitki əzilir yaranın üzərinə təpitmə
kimi qoyulur, az bir vaxtda yara sağalır.

Üzdəki çivzələri, ləkələri aparmaq üçün təzə
əməkömənci stəkanın yarsına qədər tökülür üzərinə su tökülür, blenderlə
qarışdırılır, üz gündə 2 dəfə bu qarışımla silinir.

Təzə əməkömənci yığılır, əzilir və ya ət maşınından
keçirilir, keçəllik zamanı, saçtökülmə zamanı saça çəkilir, tərkibində zəngin
selik olduğundan kley kimi saça yapışır. Bunu gündə 1 dəfə hər dəfə 4-6 saat
başınızda saxlaya bilərsiniz.

Bu bitkinin çox gözəl dovğası ve qutabı olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!