Başı ağrıyanlar, DİQQƏT: ovcunuza töküb iyləsəniz...

Başı ağrıyanlar, DİQQƏT: ovcunuza töküb iyləsəniz...
Xalq təbabəti
10.09.2017 11
Xına
qoymaq həm evlilik adətlərində, həm də gözəllik üçün istifadə edilən
məşhur bir üsuldur. Lakin xınanın da faydaları ilə yanaşı, zərərləri
var. Bu təbii rəngin olar-olmazlarından bəhs edək.



Xına
daha çox dəri, saç və dırnaq sağlamlığı üçün istifadə edilir. İlk
növbədə onu qeyd edək ki, xınanın sağlamlıq baxımından faydaları və
zərərləri istifadəsindən, miqdarından asılıdır.

Xınanın faydalarını bu cür sıralamaq olar:

Dəriyə
faydaları: Qismən dəri xəstəliklərinin müalicəsində istifadə olunan
xına ehtiva etdiyi maddələrin köməyi ilə dərinin qalınlaşmasını təmin
edir. İncə, zərif, nazik dərilərdə meydana gələn qabıqlanmanın qarşısını
alır. Bununla yanaşı, xına dəri hüceyrələrinin sağlamlığının
qorunmasında bilavasitə iştirak edir.

Saçlara
faydaları: Saçlar üçün xınanın ən əhəmiyyətli faydası tökülməyə qarşı
təbii şəfa qaynağı olmasıdır. Bununla yanaşı, ümumi saç sağlamlığı üçün
olduqca önəmlidir. Daim saçlara xına qoymaq qırılmaların qarşısını alır.
Xına saçların vaxtından tez tökülməsinə mane olur. Saç dərisində PH
dəyərinin sağlam səviyyədə olmasına kömək edir. Xınanın PH dəyərini
nizama salması kəpək problemi və saç dərisində quruluğun aradan
qalxmasını da təmin edir.

Kəpəyə
qarşı təsirli və təbii müalicə olan xına, saçların yumşalmasını təmin
edir, ipək görünüş qazandırır. Saçlara faydalarını maksimum səviyyəyə
çıxarmaq üçün xınanı saçlara sıyıq şəklində qoymaq məsləhətdir. Xına
yeni saç çıxmasına şərait yaradır, saç köklərinin sağlamlığını təmin
edir.

Ağrıkəsici
xüsusiyyəti: Xınanın ağrıkəsici xüsusiyyəti var. Hər hansı bir səbəbdən
ağrıyan hissəyə xına qoymaqla ağrının azalmasını təmin etmək mümkündür.
Xına yanıq yaralarına faydalıdır, ağrını azaltdığı kimi, yanıq
yarasının sürətlə yaxşılaşmasına kömək olur.

Xınanın
açıq yaralara da faydalı olması da sübut edilib. Yaranın verdiyi ağrını
yüngülləşdirir, bu xüsusiyyəti sayəsində qırılma, çıxma, burxulma kimi
hadisələrdən qaynaqlanan ağrılara qarşı da istifadə edilir.

Dırnaqlara
faydaları: Dırnaq müalicəsində xına məşhur çarə kimi istifadə edilir.
Xüsusilə qırılmağa meyli olan dırnaqları müalicəedici xüsusiyyəti var.
Xına sıyıq halında dırnaqlara sürtülür və qırılma meyli olan dırnaq
quruluşunun aradan qalxmasını təmin edir. Təbii yağ və xına tozu
qarışığı istifadəsi isə maksimum səmərə verər.

Qotur
müalicəsi: Heyvanlarla çox təmas zamanı ortaya çıxan dəri xəstəliyi
olan qotur xəstəliyinə qarşı xına faydalıdır. Qotur xəstəliyindən
təsirlənən hissəyə sıyıq halında xına tətbiq olunması problemin aradan
qalxmasını təmin edə bilər.

Qaraciyərə
faydaları: Sağlamlıq baxımından son dərəcə xeyirli bitki olan xına
qabığı qaraciyər üçün faydalıdır. Xına bitkisi qabığı eyni zamanda
sarılıq xəstəliyinin müalicəsində də istifadə olunur.

Psixologiyaya
təsiri: Xınanın özünə xas qoxusu mərkəzi sinir sistemi üçün faydalıdır.
Xına qoxusu sinirlər üzərində müsbət təsir göstərərək, sinirlərin
boşalması və rahatlamasını təmin edir.

Baş
ağrısı: Baş ağrısına daha çox qırmızı və çəhrayı rənglərdə xına
çiçəkləri yaxşı təsir edir. Bundan başqa, baş ağrısını kəsmək üçün
xınanın məcun şəklində tətbiq olunması mümkündür.

Sızanaq
və çivzə: Xına sızanaq və çivzə müalicəsində də istifadə edilir. Bundan
başqa, dərinin və ya dərinin fərqli bölgələrində meydana gələn dəri
xəstəliklərinə qarşı xına müalicə aparıla bilər.

İltihab: Yanıqlar
üçün təsirli bir şəfa qaynağı olan xına, eyni zamanda qarqara edildikdə
dildə və ya ağız boşluğunda yaranan iltihab xəstəliklərinə yaxşı təsir
edir.

Xınanın digər faydaları:

Alternativ tibb tərəfindən xəstəliklərin müalicəsində geniş şəkildə istifadə edilən xınanın digər faydaları da var.

- Bal mumu və gül yağı ilə qarışdırılaraq, qoyulan xına kürək və bel ağrılarına faydalı gələ bilər.

- Bəzi qaynaqlar cinsi istəyi artırdığını da deyir.

- Xına ayaqlara qoyulduqda suçiçəyi və bəzi göz xəstəliklərinə faydalı olur.

- Xınanın eyni zamanda təsirli bir böcək, həşərat qovucu olduğu da düşünülür.

- Xına ayaqlarda meydana gələn göbələk zəhərlənmələrini aradan qaldıra bilər.

- Baş dərisinə çəkildikdə baş dərisi çibanının meydana gəlməsinə mane olur.

-
Xınanın eyni zamanda təmizləyici xüsusiyyəti var, bu özəlliyi sayəsində
ovuc içlərinə də qoyulur. Ovuc içinə qoyulan xınanı iyləmək baş
ağrısına yaxşı təsir edir.

-
Zeytun yağı ilə qarışdırılaraq, tətbiq olunduqda əzələ sağlamlığına
faydalı təsir edir. Xınanın əzələ sağlamlığına faydalı olması qədim
zamanlardan bəllidir.

- Anti-bakterial xüsusiyyəti sayəsində xına infeksiya və iltihab xəstəliklərinə qarşı təsirlidir.

- Xına qismən bəzi xərçəng şişlərinin inkişafını mane ola bilər.

-
Dalaq sağlamlığına faydaları olduğu hələ də araşdırılır. Son zamanlarda
dalaq sağlamlığı üçün geniş şəkildə istifadə edilməyə başlanılıb.

- Bəzi qaynaqlar xınanın spazmları azaltdığını qeyd edir.

Xınanın zərərləri

Xına
əsasən saç və dəri üçün istifadə edilir. Lakin insanın sağlamlıq
imkanlarına bağlı olaraq, dəridə qızarma, şişmə, yanma və s. kimi
problemlərə səbəb ola bilər.

Həssas dərilərdə allergiya verə bilər.

Tənəffüs yollarında allergiyaya səbəb ola bilər.

Öskürmə və astma xəstələrinə nəfəs darlığı yaşada bilər.

Xınanı ağza almaq tövsiyə edilmir.

Xınanın səhvən udulması təcili tibbi müdaxilə tələb edir.

Uşaqlarda və körpələrdə xına bəzi dəri problemləri yarada bilər.

Hamiləlik dönəmində ağza xına almaq qəti olmaz.

Eyni formada əmizdirmə dövründə ağıza xına təması olmaz.

Xınaya qarşı allergiyanız varsa, uzaq durmalısınızскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!