Adi yoncanın inanılmaz faydaları

Adi yoncanın inanılmaz faydaları
Xalq təbabəti
10.09.2017 24
Yonca adətən heyvanların yemi kimi istifadə olunur. Lakin yonca həmçinin çox faydalı müalicəvi bitkidir.

Yoncanın gülləri xalq təbabətində müxtəlif xəstəliklər zamanı çox geniş istifadə olunur.

-
Yonca qadınlar üçün xüsusilə faydalıdır. Yoncanın tərkibində qadın
hormanları olan estrogenlərə oxşar maddələr var. Bu maddələr klimaksın
xoşagəlməz simptomlarını azaldır, təzyiqi normallaşdırır, qadına
klimaksı daha asan keçirməyə kömək edir. Klimaks zamanı yoncadan
müalicəvi çay hazırlayın: 2 ç.q. təzə yoncanı termosda 1 stəkan qaynar
suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində 4 dəfə stəkanın 1/4
hissəsi olmaqla qəbul edin. Müalicə kursu - 1 ay

- Bəzi eksperimentlər göstərir ki, yonca bəzi xərçəng formaları zamanı
müalicəvi təsir edir. Lakin süd vəziləri, uşaqlıq, yumurtalıq xərçəngi
zamanı yoncadan istifadə etmək olmaz.

- Yonca antiseptik, antibakterial, virusəleyhinə təsirə malikdir.

- Yonca sidikqovucu təsir edir, sidik kisəsini və sidik yolları təmizləyir, iltihabı azalıdır.

- Yonca nəfəs yollarını selikdən və mikroblardan yaxşı təmizləyir.

- Yonca immuniteti möhkəmləndirir. Bu məqsədlə belə dadlı və faydalı
çay hazırlayın. 1 ç.q. yonca+1 ç.q. itburnu 1 stəkan qaynar suda 30
dəqiqə ərzində dəmləyin və gün ərzində 2 dəfə 1/2 stəkan olmaqla qəbul
edin. Çaya bal, limon əlavə etmək olar.

- Yonca dəmləməsi göbələk əleyhinə təsirə malikdir, pis ayaq qoxusunu
yox edir. Ayaqlarda göbələk zamanı hər axşam yatmazdan əvvəl yonca
dəmləməsi ilə ayaq vannaları edin. 2 xörək qaşığı yoncanın üzərinə 1 l
su tökün, dəmləyin və ayaq vannaları üçün istifadə edin.

- Güclü antiseptik və mikrobəleyhinə təsirinə görə yonca kosmetologiya
da geniş istifadə olunur. Yağlı iltihablı dərini təmizləmək üçün belə
losyon hazırlayın: 5 x.q. təzə yonca güllərinin üzərinə 10 x.q. araq
tökün, 7 gün ərzində sərin qaranlıq yerdə saxlayın, sonra süzün və
səpgilərin üzərinə çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!