Gicitkən çayı xərçəng hüceyrələrinə qarşı

Gicitkən çayı xərçəng hüceyrələrinə qarşı
Xalq təbabəti
10.09.2017 30
 Gicitkən
çox faydalı müalicəvi bitkidir. Təzə gicitkən xalq təbabətində qədim
zamanlardan çox geniş istifadə olunur. Gicitkənin faydalı xüsusiyyətləri
arasında:

- iltihab və mikrobəleyhinə təsirə malikdir,

- qurdqovucu vasitə kimi tanınır,

- nəfəs yolları təmizləyir,

- revmatizm, artrıt, podaqra zamanı yaxşı müalicəvi təsir göstərir,

- ürək-damar və qan sistemi üçün faydalıdır,

- sakitləşdirir, stresi azaldır,

- babasil zamanı kömək edir,

- sidikqovucu təsir edir,

- orqanizmi möhkəmləndirir,

- kosmetologiyada çox geniş istifadə olunur.

Antioksidantlarla zəngin olan gicitkən orqanizmdə gedən qocalma prosesləri ləngidir, xərçəngin inkişafının qarşısını alır.

Təzə
gicitkəndən çox faydalı çay hazırlayın. Bu çay bir çox xəstəliklərin və
pozulmaların qarşısını alır, orqanizmi möhkəmləndirir, vitamin və
minerallarla təmin edir.

3-4 gicitkən yarpağı fincanda (100 ml) qaynar suda 10 dəqiqə ərzində dəmlənir, limon və bal əlavə olunur.



Belə çayı hər gün, gündə 1 dəfə içmək olar.

Bəzi ürək xəstəlikləri, tromboflebit zamanı gicitkən çayı içmək olmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!