Badımcan haqqında bilmədikləriniz

Badımcan haqqında bilmədikləriniz
Xalq təbabəti
10.09.2017 26
Badımcan
çiy halda yeyilməyən tərəvəz bitkisidir. O suda bişmiş və qızardılmış
halda yeyilir. Sizə badımcan haqqında bilmədiklərinizi yazmaq istəyirəm.

Badımcanın
tərkibində 8-9% quru, 3-4% yaş şəkər (qlükoza, fruktoza, saxaroza), 20
mq askorbin turşusu, nikotin turşusu, tiamin, riboflavin var. Badımcan
tərkibində olan vitaminlərlə deyil, minerallarla da zəngindir. Belə ki,
badımcanın tərkibində kalium və kalsium duzları, maqnezium, dəmir,
fosfat var.

Badımcan beyin qan dövranını yaxşılaşdırır, qanda hemoqlabinin
miqdarını artırır, eritrositlərin yenilınmə prosesini sürətləndirir. Bu
xüsusiyyətinə görə hamilə qadınlara bol miqdarda badımcan yemək tövsiyə
olunur. İri və içərisində toxumları çox olan badımcanı yemək qandakı
alkaholun miqdarını azaldır, alkoholla zəhərlənmələrdə orqanizmi zərəli
maddələrdən təmizləyir.

Tərkibindəki bioloji aktiv maddələr sayəsində badımcan orqanların fəaliyyətinə yaxşı təsir göstərir.

Badımcan ürək fəaliyyətini yaxşılaşdırır, aterosklerozun əmələ gəlmə
sürətini azaldır, böyrəklərin fəaliyyətini yaxşılaşdırır, bağırsaqları
artıq şlaklardan təmizləyir, qanda xolesterinin miqdarını azaldır.

Badımcanın şirəsi orqanizmə antiseptic və antibacterial təsir göstərir.

Şərq ölkələrində badımcana uzunömürlülük tərəvəzi deyilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!