İmmuniteti gücləndirir, arıqladır... - SOYUQ DUŞUN İNANILMAZ FAYDALARI

İmmuniteti gücləndirir, arıqladır... - SOYUQ DUŞUN İNANILMAZ FAYDALARI
Xalq təbabəti
10.09.2017 19
Soyuq duşun faydaların ilə bağlı bir çox tarixi faktlar var. Finlandiya,
Rusiya, Tayland, Koreya və Yaponiya kimi ölkələrdə bu ənənə hələ də
davam etdirilir. 1920-ci illərdə Vincenz Priessnitz adlı bir cütçü soyuq
duşu bir anda məşhur edib.



Hidroterapiya adıyla tibdə bir müalicə kimi təqdim edilən soyuq duşun
bir çox xəstəliyə yaxşı təsir etdiyi sübut olunub. 20-ci əsrin ikinci
yarısında isə hidroterapiya məşhurluğunu itirir. Çünki insanlar
həkimlərə və dərmanlara daha çox güvənməyə başlayırlar. Bununla belə,
etibarlı bir müalicə üsulu olaraq hidroterapiyadan istifadə davam edir.



Hidroterapiyanın faydaları:



İmmuniteti gücləndirir

Soyuq duş soyuqdəymə, qrip və infeksiyalara qarşı qoruyucu təsirə
malikdir. Aparılan araşdırmalardan birində 6 həftə boyunca həftədə 3
dəfə 14 dərəcədə soyuq suya girən insanlarda 2 tip ağ qan hüceyrəsi
(monosit və lemfosit) sayında artım müşahidə edilib. Limfositlər
bakteriya, virus və toksinlərin aradan qaldırılmasında çox əhəmiyyətli
rola malikdir. Tədqiqatçılar bədənin özünü isitmək istəməsi nəticəsində
artan maddələr mübadiləsi sürətinin immunitet sistemini fəaliyyətə
gətirdiyini və beləcə, daha çox ağ qan hüceyrəsi istehsal etdiyini
düşünürlər. Buna görə nizamlı olaraq soyuq duş qəbul edənlərdə
soyuqdəymə, qrip və hətta bəzi xərçəng növləri riski azalır. 



Qan dövranını yaxşılaşdırır

Fəal qan dövranı ürək-damar sağlamlığı üçün çox əhəmiyyətlidir. Soyuq
duş qəbul etməyiniz qan dövranını yaxşılaşdırır. Soyuq suyla təmas
edildiyində qan damarları daralır. Bu daralma qanın axış sürətini
artırır. Qan dövranının yaxşı olması yüksək təzyiqin qarşısını alır və
qan damarlarını möhkəmləndirir. Qan dövranı yaxşı olduqda bütün bədən
sistemləri daha yaxşı işləyir. Beləliklə, daha yaxşı görünüş təmin edir
və insan özünü daha yaxşı hiss edər.



İstiliyi nizamlayır

Soyuq duş bədən istiliyini çıxararaq, stressi dəf edir. Beləcə, bədən
aktivləşir. Əgər xroniki olaraq soyuq əl və ayaqlardan şikayətçisinizsə
və ya çox tərləyirsinizsə, soyuq duşu qəbul edin.



Maddələr mübadiləsini sürətləndirir və arıqladır

Qəhvəyi yağ hüceyrələri, ağ yağ hüceyrələrinin əksinə olaraq, enerji
istehsalında tez-tez istifadə edilir. Soyuq suyla təmas qəhvəyi yağ
hüceyrələrinin çıxarılmasını təmin edir. Bu hüceyrələr qlükozanı
yandıraraq, daha çox istilik enerjisi istehsal etməyə çalışır. Daha çox
qəhvəyi yağ hüceyrəsi daha çox enerjinin yandırılmasına, beləcə də, daha
sürətli çəki itkisinə səbəb olur. Artan qəhvəyi yağ səviyyəsi, artan
qan təzyiqi və bədən istiliyi ilə birlikdə kimyəvi reaksiyaları daha
sürətli edir. Maddələr mübadiləsi sürətini artırmaq çox insanın
maraqlandığı məsələdir. Çünki beləcə, həm arıqlamaq sürətlənir, həm də
əzələ istehsalı artır.



Depressiyanı azaldır

Soyuq duş depressiyaya kömək edir və qarşısını alır. Amerikada aparılan
araşdırmalardan biri sübut edib ki, soyuq su beynin mavi nöqtələrini
xəbərdar edir. Mavi nöqtələr beynin noradrenalin istehsal bölgəsidir.
Noradrenalin isə depressiyanın qarşısını almaqda istifadə edilən
hormondur.



Limfa sistemini gücləndirir

Limfa sistemi tullantı maddələri bədəndən xaric edərək, xəstəliklərlə
mübarizə aparır. Tullantı maddələrin daşınması limfa mayesi ilə təmin
olunur. Limfa mayesinin hərəkəti əzələlərin sıxılması ilə baş verir.
Soyuq duş bütün bədəndəki əzələlərin sıxılmasını təmin etdiyi üçün limfa
sistemi də daha yaxşı işləyir. Beləcə, tullantı maddələr bədəndən daha
sürətlə atılır. Əgər limfa sistemi yaxşı fəaliyyət göstərməzsə, tullantı
maddələr bədənin uc nöqtələrində toplanır. Bu da müxtəlif sağlamlıq
problemlərinə səbəb olur.



Nəfəsi dərinləşdirir

Soyuq duşun təsirini nəfəsinizdə dəqiq şəkildə hiss edə bilərsiniz.
Soyuq duş ciyərləri açaraq daha çox oksigen alınmasını təmin edir.
Beləcə, özünüzü daha az yorğun hiss edəcəksiniz və idman edərkən daha az
yorulacaqsınız.



Dərini və saçı sağlam saxlayır

İsti su dərini və saçı qurudur. Digər tərəfdən soyuq su saçı daha
parlaq, dərini daha sağlam edir. Soyuq su məsamələri daraltdığı üçün
sızanaq meydana gəlməsinə mane olur. Bundan başqa, detoksifikasiyada
iştirak edərək, toksin və tullantı maddələrin dəridən xaric olunmasını
təmin edir. Beləcə, dəri daha təmiz və gənc görünür.



Enerjini və canlılığı artırır

Duşu soyuq suyla bitirmənin bir çox üstünlüyü var. Qədim samuraylar hər
səhər başlarını soyuq suya salarlarmış. Bu, ruhi səviyyədə bir
təmizlənmə ritualıdır. Beləcə, ruhlarını təmizlədiklərini və günə təzə
bir başlanğıc etdiklərinə inanırlarmış. Soyuq duş insanı daha canlı və
enerjili edir. Ürək döyünməyə başlayır və yuxulu halı aradan qaldırır.



Hormon istehsalını artırır

Soyuq duş hormon vəzilərinin fəaliyyətini artıraraq, bədəndə daha çox
hormon ifraz edir. Məsələn, uşaq sahibi olmaq istəyənlərə kömək ola
bilər. Sperma sayı istilik artdıqca aşağı düşür. Buna görə soyuq su bu
mövzuda da işə yaraya bilər.



Necə başlamalı?

Dərəcə-dərəcə isti sudan soyuq suya keçməyi təmin edə bilərsiniz.
Bir çox adam üçün ani dəyişiklik böyük bir stress yarada bilər. Soyuq
duşu gündəlik hala gətirməyin ən yaxşı yollarından biri də duş qəbul
etdikdən sonra bitirməyə bir dəqiqə qalmış soyuq suyu açmaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!