Acı xiyar - müalicəvi məhsul. Bilmədiyiniz faktlar

Acı xiyar - müalicəvi məhsul. Bilmədiyiniz faktlar
Xalq təbabəti
10.09.2017 34
İnsanların əksəriyyəti acı xiyarı ziyanlı, hətta
zəhərli hesab edir. Lakin bu heç də belə deyil. Acı xiyar nəinki ziyanlı
və zəhərli deyil, hətta çox faydalı və müalicəvi məhsuldur.



Tərkibində olan "kukurbitasin" adlı acı maddə xiyara spesifik acı dad
verir. Bu maddə xiyarda çox isti və ya çox soyuq havanın təsirindən
əmələ gəlir. Son araşdırmalar göstərib ki, kukurbitasin ödqovucu,
iltihabəleyhinə, ağrısızlaşdıran təsirə malikdir.



Sübut olunub ki, kukurbitasin patoloji hüceyrələrin artmasını ləngidir.
Bu o deməkdir ki, kukurbitasin orqanizmə xərçəngəleyhinə təsir edir.



Bəzi araşdırmalar göstərir ki, acı xiyar ürəyin, mədəaltı vəzinin,
qaraciyərin, nazik bağırsağın fəaliyyətinə müsbət təsir göstərir.



Acı xiyar qanda şəkərin və xolesterinin səviyyəsini aşağı salır.



Almaniyada keçirilmiş araşdırmalar göstərib ki, acı xiyar arıqlamağa da kömək edir.



Çində acı xiyarı yetişdirir və onun əsasında dərmanlar hazırlayırlar.



Acı xiyardan çox effektli kosmetik vasitələri
(maskalar, losyonlar və s.) hazırlamaq olar. Güclü antiseptik və
iltihabəleyhinə təsirə görə bu vasitələr dərini çox yaxşı təmizləyir,
iltihabı azaldır. Ən sadə üsul - acı xiyarın qabığını götürüb üzünüzə
sürtün.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!