Hər gün bir dənəsini mütləq yeyin – FAYDALARI

Hər gün bir dənəsini mütləq yeyin – FAYDALARI
Xalq təbabəti
10.09.2017 39
Əvəzedilməz qida olan yumurta ilk növbədə zülal qaynağıdır. Yumurta istər gündəlik qidalanmada, istərsə də pəhriz siyahılarında mütləq yer alır.

Bəs biz yumurtanı düzgün bişiririkmi? Türkiyəli dietoloq Nil Şahin Gürhan yumurtanın faydaları və düzgün bişirilməsindən bəhs edib. Sizə mütəxəssisin maraqlı açıqlamalarını təqdim edirik.

Dietoloq ilk növbədə bildirir ki, gündə mütləq 1 dənə yumurta yemək lazımdır.

Bişirilməsi asan, qida dəyəri çox yüksək olan yumurta insanın gündəlik zülal ehtiyacını qarşılayır. Həmçinin, halsızlıqdan xilas olmaq, daha enerjili bir gün keçirmək üçün imtina edilməz qidadır. Yumurta xəstəliklərə qarşı da qoruyucu qidadır: “Havanın ani dəyişməsi və isti günlərin başlaması səbəbindən bədənimiz xəstəliklərə qarşı daha qorunmasız hala gəlir. Ani dəyişiklik insanları ruhdan salır, enerjilərini, əhval-ruhiyyələrini aşağı salır. Gündə 1 yumurta yeməklə bütün bu mənfi halların öhdəsindən gəlmək mümkündür. Yumurta tərkibindəki selenium, dəmir kimi elementlər sayəsində xoşbəxtlik qaynağı hesab edilə bilər”.

Yumurtanı “nümunəvi zülal” olaraq xarakterizə edən Nil Gürhan uşaqlıq çağından yaşlılıq dövrünə qədər hər zaman bu qidanın yeyildiyini deyir. Keçmişdə yüksək xolesterol qorxusu səbəbindən ürək-damar xəstələri yumurtadan uzaq dayanmaq məcburiyyətində qalıblar. Lakin həkim bildirir ki, gündə bir dənədən çox yeyilmədiyi halda yumurta bədəndəki yaxşı və lazımlı xolesterolu artırır: “Yumurtanın tərkibindəki A və D vitaminləri, dəmir, selenium, sink, kolin kimi elementlər immunitet sistemini gücləndirir, sümük inkişafına, qandakı oksigenin daşınmasından tutmuş, beyin funksiyalarının yerinə yetirilməsinə qədər bir çox faydaları təmin edir. Gündə 1 yumurta yeməklə sağlamlığınızı təkmilləşdirə bilərsiniz”.

N. Gürhan yay yaxınlaşdıqca çəkisinə və qidalanmasına diqqət edənlərə yumurtadan düzgün istifadə etməyin ipuclarını da verib: “Yumurtanı 10 dəqiqədən çox qaynatmayın. Qaynara düşəndən sonra da cəmi 4 dəqiqə bişirin. Yumurtanı yalnız qaynadaraq yeməyin. Qayğanaq, qızartma, tərəvəzli, pomidorlu, göyərtili kimi alternativlərdən də istifadə edin”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!