Pişikotu dəmləməsi balla - stresi azaldır, ürəyi qoruyur

Pişikotu dəmləməsi balla - stresi azaldır, ürəyi qoruyur
Xalq təbabəti
10.09.2017 37
Stres, xüsusilə də xroniki stress, bir çox ürək-damar, sinir, endokrin və s. kimi xəstəliklərin əsas səbəblərindən biridir.

Müasir insanın həyatı streslə olduqca zəngindir.

Stresdən xüsusilə ürək-damar sistemi əziyyət çəkir. Stress damarların xroniki sıxaılmasına səbəb olur ki, bu da infarkt və insult kimi ağır pozulmaların riskini artırır.
Sizə rus kardioloqu Serqey Zotovun stressi azaldan, sakitləşdirən dəmləmənin reseptini təqdim edirik.
2 x.q. pişikotu kökünün üzərinə 1 l soyuq su tökün, qapaqla örtün, 1 gün ərzində soyuducuda saxlayın. Sonra odun üzərinə qoyun, qaynara düşəndə 3 dəqiqə ərzində vam odda saxlayın. Oddan götürün, ədyalla bükün. 30 dəqiqədən sonra dəmləməni süzün. Hazır dəmləməni soyuducuda saxlayın və hər gün yatmazdan əvvəl dəmləmədən 1/2 stəkan qəbul edin. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qaşığı bal əlavə edin. Bal da sinir sistemi üçün çox faydalıdır, orqanizmə ümumimöhkəmləndirici təsir edir.
Bu dəmləməni hər gün 1,5-2 ay ərzində qəbul edin.
Dəmləmə xroniki streslərdən, yuxusuzluqdan əziyyət çəkənlərə yaxşı kömək edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!