Şehçiçəyi bitkisi

Şehçiçəyi bitkisi
Xalq təbabəti
10.09.2017 51
Bu bitkinin yarpaqları uzun qırmızı tüklərlə doludur. Bu tüklərin ucu böcəkləri özünə çəkəcək qoxu ehtiva edən maye ilə örtülüdür. Mayenin bir başqa xüsusiyyəti isə son dərəcə yapışqan olmasıdır. Qoxunun qaynağına yönələn böcək, bu yapışqan tüklərə ilişir. Böcək xilas olmaq üçün vurnuxduqca, tüklər heyvanı daha yaxşı tutaraq bükülməyə başlayır. Tərpənə bilməyən böcək zülal parçalayıcı ifrazat içində həzm edilir. Bitkinin hərəkət sistemi Milçəktutan bitkisinə bənzəyir. Təpəsində və sapındaki tükcüklər titrəyir və diblərində yaranan elektrik axınları reaksiyanı başladır. Bu cazibədar ovlanma sistemi üzərində düşünək. Bitkinin ovunu tuta bilməsi və həzm edə bilməsi üçün bütün sistemin mövcud olması lazımdır. Bir hissənin əskikliyi bitki üçün ölüm deməkdir. Məsələn: yarpağın daxilindəki tüklər olmasa böcəyin içəridə gəzməsinə baxmayaraq reaksiya heç bir zaman başlamayacağından bitki bağlana bilməyəcək. Və ya bağlanma sistemi olsa, ancaq böcəyi həzm edəcək ifrazat olmasa, bütün sistem məhv olacaq. Bitki ağcaqanadları cəzb edəcək bir qoxu ifraz etməsə, bu dəfə tələ özünə ov tapa bilməyəcək. Qısası sistemin əskik olması, bitkinin ölümü deməkdir.

Bəhs etdiyimiz bu bitki növü yarandığı andan etibarən bütün xüsusiyyətlərə sahibdir. Əlbəttə, bitki birdən birə dəyişib ovçu olmayıb. Təbii bitkini bu cür usta ovçu edən “təsadüflərin sehrli gücü” deyil. Buradakı ən mühüm cəhət bu usta ovçunun düşüncədən məhrum bir canlı olmasıdır. Əgər bu canlı bitki deyil, heyvan olsaydı, hərhalda təkamül tərəfdarları heyvanın öz-özünü, “təbiət”in də təqdir olunacaq (!) köməkliyi ilə inkişaf etdirdiyini iddia edəcəkdilər. Bu cür beyinə və ya buna oxşar struktura sahib olmayan sistem, şüursuz bitkidə var. Bitki, əlbəttə, ov ovladığının fərqində belə deyil. O da digər bütün bitkilər kimi heç bir səy sərf etmədən qidalana bilən sistemlə birlikdə yaradılmışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!