Ot çayları

Ot çayları
Xalq təbabəti
10.09.2017 23
1. Pişikotu kökləri - 1 xörək qaşığı, nanə - 1 xörək qaşığı, badrənc - 1 xörək qaşığı, yemişan meyvələri (həvəngdəstədə əzin) - 1 xörək qaşığı qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürülür və 1 fincan (100ml) qaynar suda dəmlənilir. Çay qida qəbulundan 30 dəqiqə əvvəl qəbul olunur. Qəbul etdikdən əvvəl çaya 1/2 çay qaşığı bal və limon əlavə etmək olar.

2. 1 xörək qaşığı razyana, 1 xörək qaşığı mayaotu toxumu, 1 xörək qaşığı nanə, 1 xörək qaşığı badrənc qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürüb 1 fincan qaynar suda dəmləyin. Çay qida qəbulundan 30 dəqiqə əvvəl qəbul olunur. Qəbul etdikdən əvvəl çaya 1/2 çay qaşığı bal və limon əlavə etmək olar.

3. Çobanyastığı - 1 xörək qaşığı, razyana - 1 xörək qaşığı, nanə - 1 xörək qaşığı, pişikotu kökləri - 1 xörək qaşığı qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürüb 1 fincan qaynar suda dəmləyin. Çay qida qəbulundan 30 dəqiqə əvvəl qəbul olunur.

4. Tozağacı yarpaqlarından dəmlənmiş çay hipertoniya zamanı çox xeyirlidir. 1 çay qaşığı xırda doğranmış təzə tozağacı yarpaqları 1 fincan qaynar suda dəmləyin və çay kimi gündə 2 dəfə qida qəbulundan əvvəl için.

5. 1 xörək qaşığı adaçayı, 1 xörək qaşığı pişikotu, 1 xörək qaşığı nanə, 1 xörək qaşığı kalendula qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürüb 1 fincan qaynar suda dəmləyin və qida qəbulundan 30 dəqiqə əvvəl için.

Çayları növbələşdirmək olar. Gün ərzində bu müalicəvi çaylardan 2 fincan qəbul etmək olar. Çaya bal və limon da əlavə etmək olar. Çayları uzun müddət ərzində - 1-2 ay - qəbul etmək olar. Daha sonra 1 ay fasilə verin və müalicəni təkrarlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!