Zəfəran çayı haqqında bilmədikləriniz

Zəfəran çayı haqqında bilmədikləriniz
Xalq təbabəti
10.09.2017 94
Zəfəran uzunömürlü bitkidir. Adı dünyanın ən bahalı qidaların siyahısına salınmışdır. Zəfərandan kulinariyada, kosmetalogiyada geniş istifadə edilir.

Zəfəran çayı haqqında bilmədikləriniz


Sizə zəfəran çayının faydaları haqqında bilmədiyiniz bəzi məlumatları çatdırmaq istəyirəm.
Zəfəran çayı orta dərəcəli depressiya xəstəliyinin sağalmasında böyük rol oynayır.
Depressiya xəstəliyindən əziyyət çəkən 40 kişi üzərində aparılan araşdırmada 6 həftə ərzində gündə 30 mq zəfərandan istifadə edən depressiya xəstəsində xəstəliyin əlamətləri xeyli azalmışdır.

Göz xəstəlikləri.
Aparılan kliniki araşdırmalar zəfəran bitkisinin gözün retin qişasına qanın axmasında və petinopatiyaların müalicəsində və yaşla əlaqəli degenerasiyalarda böyük rolu olduğunu sübut etmişdir.

Bundan başqa zəfəran çayı aşağıdakı xəstəlilərin müalicəsində faydalı təsirə malikdir:
– ürək – damar xəstəlikləri
– pssorias xəstəliyi
– infeksiyaya qarşı qoruyucu təsirə malikdir
– xərçəng əmələ gəlməsini ləngidir.

Zəfəran çayı necə dəmlənir?
1 stəkan qaynar suyun içərisinə 6-7 ədəd zəfəran qoyulur və 1-2 dəqiqə qaynadılır. Çayı dəmləmək üçün ən çox 5 dəqiqə sərf edilməlidir. Zövqə görə çayın içərisinə darçın çubuğu və ya şəkər tozu əlavə etmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!