Üzərliyin faydaları haqqında

Üzərliyin faydaları haqqında
Xalq təbabəti
10.09.2017 24
Azərbaycanın quru iqlim şəraiti olan bütün bölgələrində bitən üzərliyi hər kəs yaxşı tanıyır. Ölkəmizdə üzərlikdən insanları bədnəzərdən qorumaq üçün demək olar ki, hər evdə istifadə olunur. Hətta bu qiymətli və möcüzəli bitkiyə müasir ofislərdə, avtomobillərdə də rast gəlmək mümkündür.
Əsasən çöldə yetişən bu bitki insanları müalicə edir. Bunu XVII əsrdə yaşamış təbib Hacı Sülеyman İrəvani, Şərqin böyük loğmanı İbn Sina (980-1037) da təsdiq ediblər.
Üzərliyin müalicəvi əhəmiyyəti əsasən əsəb-sinir sistemi xəstəlikləri ilə bağlıdır. Orta əsr alimləri üzərliklə kəskin əsəb xəstəliklərini, epilepsiyanı, iflici, zəif görməni müalicə ediblər.
Orta əsr mənbələrində üzərliyin isti və quru olduğu, bədəni isti saxladığı, yuxu gətirdiyi, sinəni yumşaltdığı, qatı bəlğəmi, meteorizm, qanı durulaşdırdığı barədə məlumatlar var.
Üzərlikdən döş, mədə-bağırsaq, ürəkkeçmə və s. xəstəliklərin müalicəsində də istifadə edilir. Üzərliyin qaynadılmış suyu saçı qaraldır, toxumunun dəmləməsi sidiyə çətin gedənlərə kömək edir, oynaqlarda yığılan duzları təmizləyir, qoxusu beyinin damarlarını genişləndirib qan dövranını rahatlaşdırır.
Tərkibi alkaloidlər, harmin, harmolin, harmolol, peqanin kimi maddələrlə zəngin olan bu bitkinin revmatizm xəstəliyində rolu əvəzolunmazdır. Kimyəvi analiz üzərliyin kütləvi çiçək açan yaşıl kütləsində 3,7 faiz yağ, 18 faiz sellüloza, 24,1 faiz protein, 30,7 faiz ekstrativ maddələrin olduğunu üzə çıxarıb. Üzərliyi kətan toxumu və balla qarışdırıb qəbul etmək astmaya çox xeyirlidir. Xroniki baş ağrısını aradan qaldırmaqdan ötrü 340 qram üzərlik toxumunu 1 litr çaxırda və ya üzüm şirəsində o qədər qaynatmaq lazımdır ki, qarışıq qatı şirə şəklinə düşsün. Sonra hər gün bu şərbətdən 60 q dozasında 3 gün ərzində içmək lazımdır. Bu, baş ağrısını aradan qaldırır.

Qeyd edək ki, həkimlə məsləhətləşmədən üzərlikdən hazırlanan dərmanları qəbul etmək olmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!