Bu bitkilər köpün qarşısını alır

Bu bitkilər köpün qarşısını alır
Xalq təbabəti
10.09.2017 34
Araşdırmalar nəticəsində zəncəfilin həzm sistemini sürətləndirdiyi ortaya çıxıb. Həzm sisteminin sürətli fəaliyyəti sayəsində mədə tez boşalarsa, qaz nazik bağırsaqda daha sürətli hərəkət edər və bununla insanı narahat edən köp və qazın qarşısı tez bir zamanda alınar.

Qazın yox edilməsinə kömək edən digər bitkillər.
- Sarı çobanyastığı
- Dərəotu
- Raziyana
- Reyhan
- Cirə
- Darçın
- Sarımsaq
- Balaca hindistan qozu
- Cəfəri
- Nanə

Qeyd etdiyimiz bu bitkiləri qidalarınızda istifadə etməniz məsləhətdir. Qaz və köp əleyhinə bitki tərkibli dərmanlar satılır, lakin onların da tərkibində kimyəvi maddələrin olma ehtimalı var. Bu baxımdan sadaladığımız bitkiləri təbii yolla qidalarınıza, yeməklərinizə əlavə etməklə istifadə etməniz daha faydalıdır.

Qaz əleyhinə probiotiklər
Probiotiklər insan bağırsaqlarında yaşayan "xoş xassəli bakteriyalar" adlanan balaca orqanizmlərdir. Probiotiklər həzm sisteminə yardımcı olub şişkinliyi aradan qaldırır.
Bu cür probiotiklərlə zəngin olan qidalar hansılardır?
- Qatıq
- Kefir
- Xiyar turşusu
- Soya paxlasından hazırlanan İndoneziya yeməyi
- Kimçi (Koreya mətbəxinə məxsus yemək)
- Lahana turşusu
- Ayran
- Mido (Yapon yeməyi)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!