Balla sağalt

Balla sağalt
Xəstəliklər və müalicəsi
10.09.2017 28
Balla sağalt
Ayaqlardakı diabetik yaraları müalicə etmək üçün alimlər təbii vasitələrə üz tutublar.Onlar antibakterial xassələrə malik manuka balından istifadə ediblər. "News Medical"a istinadən bildirir ki, manuka balı ayaqlardakı diabetik yaraları sürətlə qaysaqlandırıb. Alimlər balı 32 diabetikin cəlb ounduğu eksperimentdə yoxlayıblar. Bal istifadə olunduğu ilk gündə ayaqlardakı yaraların 78,1 faizi qaysaqlanıb. Yunanıstandakı Peloponnes Universitetinin professoru Georgios Panotsopulosun dediyinə görə, 16 həftə yaralara bal kompresləri qoyulub və bu zaman antibiotiklərdən istifadə olunmayıb. Eyni zamanda, manuka balı rezistent qızılı stafilokokk, "Enterococci" və "Pseudomonas aeruginosa" xəstəliklərinin müalicəsində də effektiv olub. Balın tərkibindəki metilqlioksal yaraların tez sağalmasına rəvac verir. Lakin bu metoddan izafi istifadə məsləhət deyil, çünki struktur zülallarla əlaqəyə girən metilqlioksal orqanizmdəki endotelial hüceyrələrin işində pozuntular yaradır.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!