Kişiləri yaşadıb qadınları öldürən...

Kişiləri yaşadıb qadınları öldürən...
Xəstəliklər və müalicəsi
10.09.2017 43
Kişiləri xərçəng xəstəliyindən azad edir, qadınlarda isə döş xərçəngi təhlükəsi yaradır ABŞ-da təxminən 15 min kişi üzərində aparılan araşdırmaya görə, multivitaminlərdən davamlı şəkildə gündəlik istifadə xərçəng xəstəliyi riskini 8 faiz azaldır. SİA-nın məlumatına görə, Harvard Universitetinin Tibb Fakültəsinin professoru Mixael Qazianonun (Michael Gaziano) rəhbərliyi ilə 15 il öncə başlamış tədqiqatda yaşları 50-dən yuxarı olan 1300-dən çox xərçəng xəstəliyinə yoluxmuş amerikalının bir qisminə funksiyası olmayan placebo həblər, bir hissəsinə isə multivitamin həblər verilib. Verilən həblərdən hər gün davamlı şəkildə istifadə edən xəstələr 11 ildən sonra tədqiqatçılar tərəfindən yenidən müayinə olunub. Yoxlama nəticəsində məlum olub ki, davamlı şəkildə qəbul edilən multivitaminlər kişilərdə xərçəng riskini 8 faiz azaldır. Professor M. Qaziano bildirib ki, belə təhlükəli xəstəliklə mübarizədə elə yüksək faiz əldə edilməsə də, bu da diqqətəlayiq göstəricidir. Xatırladaq ki, alimlər bundan əvvəl də multivitaminlər haqqında araşdırma aparmışdılar. Belə ki, 2010-cu ildə isveçli elm xadimləri, 35 min qadın üzərində aparılan araşdırma nəticəsində multivitaminlərin qadın orqanizmində döş xərçəngi təhlükəsini artırdığını bildirilmişdi.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!