Süd vəzisində ağrılar

Süd vəzisində ağrılar
Xəstəliklər və müalicəsi
10.09.2017 43
Süd vəzisində ağrılar Döş ağrısı (mastalgiya) dedikdə süd vəzisində ağrı da daxil olmaqla istənilən diskomfort nəzərdə tutulur. Süd vəzisində olan ağrılar iki qrupa bölünür. Birinci qrupa aybaşı tsikli ilə bağlı olan döş ağrıları aid edilir. Adətən aybaşı tsiklinin ikinci hissəsində döşdə gərginlik və ağrı əmələ gəlir və tsiklin başlanğıcına yaxınlaşdıqca artır. İkinci qrup döş ağrılarının aybaşı
tsikli ilə əlaqəsi yoxdur. Aybaşı tsikli ilə bağlı olan ağrılar adi hal hesab edilir Aybaşı tsikli ilə bağlı olamayan ağrılar adətən qadınlarda 40 yaşından sonra meydana çıxır və davamlı xarakter daşıyır. Bəzi hallarda ağrılarda fasilələr ola bilir. Ağrılar bir və ya hər iki döşdə qeyd edilə bilər. Ağrıların səbəbləri aşağıdakılar ola bilər: - Döş toxumasının özündən qaynaqlanan ağrılar. Heç bir törəmə və zədələnmənin olmadığı döşdə bu ağrıların səbəbi tam bəlli deyil. - Süd vəzinin altında olan əzələ və ya sümük zədələnməsi. - İnfeksiya - Süd vəzinin xərçəngi - Süd vəzinin xoş xassəli şişləri Aybaşı tsikli ilə bağlı olan ağrılar kəskin olarsa həkimizdən tövsiyyələr ala bilərsiniz. Belə tövsiyyələrdən bəzilərini aşağıda qeyd edirik: - Süd vəzilərinə dayağın artırılması. Bunun üçün süd vəzilərini yaxşıca sıxa biləcək liftçik geyinmək tövsiyyə olunur. Bəzi qadınlar hesab edirlər ki, aybaşından bir həftə öncə 24 saat ərzində kip liftçiyin geyinilməsi ağrıların səngiməsinə kömək edir. - Ağrı kəsicilərin istifadəsi. Aybaşı tsikli ilə bağlı olmayan ağrılar zamanı təxirəsalınmadan həkimə müraciət etməlisiniz. Çünki bu ağrıların əsasında çox ciddi səbəblər dura bilər. Həkiminiz bu səbəbləri müəyyən edəndən sonra uyğun müalicə taktikası müəyyən edəcəkdir Qadınlar saglamlığınıza biganə yanaşmayın
Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!