Soyuq havalarda baş ağrılarının səbəbi

Soyuq havalarda baş ağrılarının səbəbi
Xəstəliklər və müalicəsi
10.09.2017 79
Soyuq havalarda baş ağrıları daha çox olur. Bunun qarşısını almaq üçün ağrıkəsicilərindən istifadə edirik. Lakin ağrıkəsici dərmanlardan bir ayda 15 dəfədən çox istifadə etmək olmaz. İngiltərə Sağlamlıq və Kliniki Mükəmməllik Universitetinin apardığı təcrübə sayəsində bəlli olub ki, bir ayda 15 dəfədən çox istifadə olunan ağrıkəsicilər insanlarda mənfi təsir yaradır. Bu zaman baş ağrıları daha da şiddətlənir. Mütəxəsislər qeyd edir ki, bu dərmanlardan qaydasında istifadə edilərsə, miqren və şiddətli baş ağrılarının qarşısı alınır. Lakin həddindən çox istifadə davamlı olaraq baş ağrılarının yatanmasına səbəb olur. Bu dərmanlardan çox istifadə etmək başqa xəstəliklərin də yaranmasına gətirib çıxara bilər. bu vəziyyətdə yəni, dərmanlardan asılı olan insanlar həkimə müraicət etməli və ağrıkəsicilərin istifadəsini dayandırmalıdır. İngiltərədə 10 milyondan çox insan davamlı olaraq  ya da tez-tez baş ağrısı yaşayır. Miqren ağrıları ölkədə hər gün 100 min insanın işə və ya dərsə gedə bilməməsinə səbəb olur.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!