Yox deməyi öyrənin!!!

Yox deməyi öyrənin!!!
Xəstəliklər və müalicəsi
10.09.2017 11

 Artıq öyrənək bu sehirli sözü. XEYR… Mənfi, yəni icazə vermirəm. Yəni üzürlü hesab et, istəsən heç üzürlü hesab etmə. olmaz. Çünki mən sənin bu istədiyini qəbul etsəm özümlə ziddiyyət təşkil etməyə başlayaram ki; daha əvvəl çox başıma gəldi, heç xoş olmur mənə. Yəni səni qırmamaq üçün, özümü qırmış oluram ki; buna gərək görmürəm. bu kimi şeylər...

"XEYR" deməyi öyrəndiyimiz gün, bizi sevən və dəyər verən insanların gözündə ya da könülündə bir dəyər itkisinə uğramağı öyrənmək məcburiyyətindəyik. Əgər bir dəyər itkisi söz mövzusu olursa, O insanlarla olan əlaqələrimizi bir daha nəzarət etməmizdə fayda var! Bu sözü yerində və zamanında, lazım olduğu qədər istifadə etməni öyrəndiyimizdə özümüzə olan hörmətimizi yenidən qazanmağa başlayacağıq. Qarşımızdakı kim olursa olsun, həyat sahəmizə girməyə ya da müdaxilə etməyə qalxdığında, səssiz qalmaq, ya da "yaxşı sən necə istəsən", "nə edək mən də qədərimə razı olaram" şəklində fürsət vermək, gecələri səhərə qədər, iç səsimizlə yaşayacağımız böyük bir döyüşlərin xəbərçisidir. 

Sevdiklərinizi, ailənizi, yoldaşınızı ya da uşaqlarınızı qırın, söylədikləri heç bir şeyi əsla olduğu kimi qəbul etməyin demək istəmirəm əlbəttə. Amma siz də hörmətli bir fərd olaraq, hadisələr qarşısındakı rəftarınızı açıq və dəqiq bir şəkildə ortaya qoymalısınız. Bu, sizi SİZ edəcək, açar söz ilə mümkün olacaq. Unutmayın! Sizdən bir dənə daha yoxdur. Kimsənin sizi üzməsinə icazə verməyin. Siz də kimsəni üzməyin əlbəttdəki.

Şəxsiyyətinizə tamamilə tərs, sizi üzəcəyini bildiyiniz, ya da sizə maddi mənəvi zərər verəcəyini düşündüyünüz gözləmələr qarşısında, mənfi bir rəftar geyinib, qərarlı bir səs tonuyla "XEYR" dediyinizdə yaşayacağınız iç dincliyi izah edə bilmərəm.

Təcrübə edin və görün…:)

 
Tərcümə Etdi və Hazırladı :N E L L I
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!